İradə Ağayeva: “Nəzərdə tutulan fəaliyyətin tənzimlənməsi bələdiyyədən büdcə gəlirlərini artırmağı tələb edir”
“Bu gün Hişkədərə bələdiyyəsinin əsas vəzifəsi vergi yığımının artırılması, vergi ödəyiciləri ilə maarifləndirici görüşlərin keçirilməsi, torpaq-alqı satqısı işlərinin sürətləndirilməsi, bələdiyyə ərazisində abadlıq işlərini davam etdirməsi, məhəllədaxili yollarda cari təmir işlərini aparması, torpaqlardan səmərəli istifadənin və bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsindən ibarətdir”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.
Sədr qeyd
edib ki, nəzərdə tutulan fəaliyyətin tənzimlənməsi isə bələdiyyədən büdcə
gəlirlərini artırmağı tələb edir. Odur ki, cari ili avqust ayında və ümumilikdə
səkkiz ay ərzində büdcə gəlirlərində artım müşahidə olunub.
Cari ilin
avqust ayında ümumi ay üzrə 3.859 manat büdcədaxilolmaları olub ki, onunda 457
manatı əmlak, 355 manatı torpaq vergisindən 3.045 manatı isə bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən daxil olub. Əldə olunan vəsaitin 717 manatı isə
ay ərzində maddı yardımlara ayrılıb.
Ümumilikdə
isə səkkiz ay ərzində bələdiyyə büdcəsinə 44.460 manat daxil olub ki, onunda
6.948 manatı əmlak vergisindən, 6.498 manatı torpaq vergisindən, 4.040
manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 18.905 manatı bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən, o cümlədən 68 manatı digər istiqamətlərdən daxil
olub.
Sədr qeyd
edib ki, cari ildə bələdiyyəyə 8000 manat dotasiya ayrılıb.
Cari ilin
səkkiz ayı ərzində həyata keçirilən layihələrə toxunan sədr bildirib ki, ötən
dövr ərzində Hişkədərə kəndində şəhid Elşad Ağayev küçəsində, Tüklə-Mişkəmi
yolunda cari təmir işləri aparılımışdır. Bununla yanaşı 11 ailəyə 1.902
manat maddi yardım göstərilmişdir.
Sədr
bir məqama da toxunaraq qeyd edib ki, torpaq və əmlak vergilərinin vaxtında
yığılması, vergi ödəyicilərinə SMS bildirişlərinin göndərilməsi büdcə gəlirlərinin
artırılması bələdiyyənin fəaliyyət istiqamətində planlaşdırılan və daim diqqətdə
saxlanılan tədbirlər sırasındadır.
Belediyye.info
Rəylər
0 Rəy