Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2026 , 20:33

123

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İradə Ağayeva: “Nəzərdə tutulan fəaliyyətin tənzimlənməsi bələdiyyədən büdcə gəlirlərini artırmağı tələb edir”

“Bu gün Hişkədərə bələdiyyəsinin əsas vəzifəsi vergi yığımının artırılması, vergi ödəyiciləri ilə maarifləndirici görüşlərin keçirilməsi, torpaq-alqı satqısı işlərinin sürətləndirilməsi, bələdiyyə ərazisində abadlıq işlərini davam etdirməsi, məhəllədaxili yollarda cari təmir işlərini aparması, torpaqlardan səmərəli istifadənin və bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsindən ibarətdir”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.

Sədr qeyd edib ki, nəzərdə tutulan fəaliyyətin tənzimlənməsi isə bələdiyyədən büdcə gəlirlərini artırmağı tələb edir. Odur ki, cari ili avqust ayında və ümumilikdə səkkiz ay ərzində büdcə gəlirlərində artım müşahidə olunub.

Cari ilin avqust ayında ümumi ay üzrə 3.859 manat büdcədaxilolmaları olub ki, onunda 457 manatı əmlak, 355 manatı torpaq vergisindən 3.045 manatı isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub.  Əldə olunan vəsaitin 717 manatı isə ay ərzində maddı yardımlara ayrılıb.

Ümumilikdə isə səkkiz ay ərzində bələdiyyə büdcəsinə 44.460 manat daxil olub ki, onunda  6.948 manatı əmlak vergisindən, 6.498 manatı torpaq vergisindən,  4.040 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 18.905 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, o cümlədən 68 manatı digər istiqamətlərdən daxil olub.

Sədr qeyd edib ki, cari ildə bələdiyyəyə 8000 manat dotasiya ayrılıb.

Cari ilin səkkiz ayı ərzində həyata keçirilən layihələrə toxunan sədr bildirib ki, ötən dövr ərzində Hişkədərə kəndində şəhid Elşad Ağayev küçəsində, Tüklə-Mişkəmi yolunda  cari təmir işləri aparılımışdır. Bununla yanaşı 11 ailəyə 1.902 manat maddi yardım göstərilmişdir.

Sədr  bir məqama da toxunaraq qeyd edib ki, torpaq və əmlak vergilərinin vaxtında yığılması, vergi ödəyicilərinə SMS bildirişlərinin göndərilməsi büdcə gəlirlərinin artırılması bələdiyyənin fəaliyyət istiqamətində planlaşdırılan və daim diqqətdə saxlanılan tədbirlər sırasındadır.

 Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1873