Fidan Fərzəliyeva: “Qələgah və Ləcədi kəndlərinin mərkəzi küçələrində müasir küçə işıqlandırma sistemi quraşdırılıb”
“Şabran bələdiyyəsi tərəfindən kənddaxili infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib
Sədr bildirib ki, vətəndaşların rahatlığının təmin edilməsi,
yaşayış məntəqələrində təhlükəsizliyin artırılması və gecə saatlarında hərəkətin
daha əlverişli təşkili məqsədilə bələdiyyənin ərazisinə daxil olan Qələgah və Ləcədi
kəndlərinin mərkəzi küçələrində müasir küçə işıqlandırma sistemi
quraşdırılmışdır.
Həyata keçirilən bu işlər nəticəsində kənd sakinlərinin gündəlik
həyat şəraiti daha da yaxşılaşdırılmış, küçələrin gecə vaxtı işıqlandırılması təmin
olunaraq piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün əlverişli
şərait yaradılmışdır.
Sədr qeyd edib ki, Şabran bələdiyyəsi bundan sonra da əhalinin
rifahının yüksəldilməsi, kəndlərdə infrastrukturun müasirləşdirilməsi və
yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə
davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy