Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2026 , 21:25

76

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zeynəlabdin Zeynalov: “Yeddioymaq bələdiyyəsi yeni layihənin icrasına start verib”


 “Hər bir vətəndaş müraciətinə həssaslıqla yanaşmaq bələdiyyə olaraq əsas vəzifəmizdir. Bununla həm də ərazidə vətəndaş məmnunluğunu təmin etmiş oluruq”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.

Bu günlərdə bir qrup sakinin müraciəti bələdiyyə iclasında müzakirə edilərək icrası barədə qərar qəbul edilmişdir. Müraciət kəndin mərkəzi yollarında olan su keçidi arxlarının təmizlənmıəsi ilə bağlı olub.

Sədr qeyd edib ki, layihənin  ilk olaraq Yeddioymaq və Qasımlı kəndlərində icrasına start verilib. Maşın-mexanizmləri cəlb etməklə hər iki kənddə su keçidi arxların böyük bir hissəsi  təmizlənərək sakinlərin istifadəsinə verilmişdir.  

Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində  Şıxlar bələdiyyəsinin  Yeddioymaq bələdiyyəsinə birləşdirilməsindən sonra bələdiyyənin inzibati ərazisinə Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxil olub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
943