Zeynəlabdin Zeynalov: “Yeddioymaq bələdiyyəsi yeni layihənin icrasına start verib”
“Hər bir vətəndaş müraciətinə həssaslıqla yanaşmaq bələdiyyə olaraq əsas vəzifəmizdir. Bununla həm də ərazidə vətəndaş məmnunluğunu təmin etmiş oluruq”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.
Bu günlərdə bir qrup sakinin müraciəti bələdiyyə
iclasında müzakirə edilərək icrası barədə qərar qəbul edilmişdir. Müraciət kəndin
mərkəzi yollarında olan su keçidi arxlarının təmizlənmıəsi ilə bağlı olub.
Sədr qeyd edib ki, layihənin ilk olaraq Yeddioymaq və Qasımlı kəndlərində
icrasına start verilib. Maşın-mexanizmləri cəlb etməklə hər iki kənddə su
keçidi arxların böyük bir hissəsi təmizlənərək
sakinlərin istifadəsinə verilmişdir.
Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində Şıxlar bələdiyyəsinin Yeddioymaq bələdiyyəsinə birləşdirilməsindən sonra bələdiyyənin inzibati ərazisinə Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxil olub.
Belediyye.info
Rəylər
0 Rəy