QHT-nin növbəti görüşü Xaçmaz bələdiyyəsində olub
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Xaçmaz bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədri Tural Məlikov, habelə bələdiyyə qulluqçuları yaxından iştirak ediblər.
Görüş iştirakçılarının qeydiyyatından sonra ictimai
birliyin sədri Vüqar Cəfərov
iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı
məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı, Siyəzən və Şabran rayonlarında hər birində iki
gün olmaqla davam edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni irs
nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv
və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd
edib.
Vüqar Cəfərov çıxışında Xaçmaz rayonunun maddı-mədəni
irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində
üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü də qeyd edib.
Xaçmaz bələdiyyəsinin sədri Tural Məlikov qeyd edib
ki, maddi-mədəni irsimizin qorunmasında bələdiyyə də maliyyə imkanları çərçivəsində
öz dəstəyini əsirgəməməlidir. Hazırda bu istiqamətdə əsas fikrimiz bələdiyyə tərəfindən muzeyin eksponat
fondunun zənginləşdirilməsi ilə bağlı töhfəmizi vermək üçün müəyyən danışıqlar
aparıldığını qeyd edib. Lakin bu gün bələdiyyənin maliyyə çətinlikləri ilə
üz-üzə qalması nəticəsində nəzərdə tutulan layihələrin icrasını ləngiyir. Bir tərəfdən
bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı proseslərdəki çətinliklər,
üstəlik əmlakın qiymətləndirilməsi ilə bağlı yaranan problemlər bələdiyyənin
büdcə gəlirlərinin azalmasına səbəb olub. Bu gün ərazidə olan əmlakın 50 faizdən
artıq hissəsinin çıxarışının olmaması,
üstəlik çıxarışı olanların isə yalnız yarısının vergiyə cəlb edilməsi nəticədə
bələdiyyənin vergi borcunun artırmış olur. Bununla yanaşı bələdiyyə rühdan
düşmür və vergi-üçot sisteminin təkmilləşdirilməsi üçün var qüvvəsini səfərbər
etməkdədir. Büdcə gəlirlərimizi artırmaqla biz nəticədə maddı-mədəni irsimizin
qorunmasına, mühafizəsinə və daha da zənginləşdirilməsinə öz töhfəmizi verəcəyik.
Hazırda bələdiyyənin əsas məqsədlərindən biri də budur.
Rayonda formalaşan 13 bələdiyyənin hər birinin maddi-mədəni
irisimizin qorunmasında öz töhfəsini verməyə hazır olduğunu qeyd edən sədr
görüşdə bu bələdiyyələrin hər birinin muzeyin eksponat fondunun zənginləşdirilməsinə
maraqlı olduqlarını qeyd edib.
Sonda görüş iştirakçıları mövzu ətrafında öz fikir və
mülahizələrini bildiriblər. Yekunda görüş iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
İki günlük səfər çərçivəsində həm bələdiyyənin həyata
keçirdiyi layihələrə baxış keçirilmiş, həm də Xaçmaz tarix-diyarsünaslıq muzeyində,
habelə bir sıra maddi - mədəni irs nümunəsi ilə, o cümlədən Xaçmaz Dəmiryol
vağzalında aparılan təmir-bərpa işləri ilə tanış olaraq əraziyə baxış
keçirilmişdir.
Qeyd edək ki, dəmiryol vağzalı dövlət tərəfindən qorunan daşınmaz
tarix-mədəniyyət abidələrinin rəsmi siyahısında 4297 nömrə ilə yerıi əhəmyyətli abidə kimi qeydiyyata alınmışdır.
Xatırladaq ki, rayon ərazisində 17 maddi mədəni irs nümunəsi yerli əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.
Layihə çərçivəsində növbəti görüşlərin Quba, İsmayıllı və Oğuz rayon bələdiyyələrində
keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin
fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq
aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə
söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy