Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-07-2026 , 10:50

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidövsi Calalov: “270 küçəsi olan kənd bələdiyyəsinin əsas məqsədi….”

“Fəaliyyətə başladığımız il yarım ərzində Masazır bələdiyyəsinin üzv və qulluqçularının əsas məqsədi bələdiyyə haqqında əvvəlki illərdə formalaşmış neqativi aradan qaldırmaq olub. Bu gün ilk bələdiyyə iclasında çəkilən strateji yol xəritəsinin düzgün istiqamətdə aparılmasının nəticəsidir ki, inzibati ərazi daxilində bələdiyyə yerli özünüidarəetmə qurumu olaraq artıq tanınır, qəbul edilir”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov deyib.

Sədr qeyd edib ki, bu gün bələdiyyədə inzibati idarətemə elə səviyyədə qurulub ki, hər kəs, sədr müavinləri, komissiyanın sədrləri  və üzvləri, bələdiyyənin vergi xidmətinin əməkdaşları öz üzərilərinə düşən məsuliyyət yükünü başa düşür və ona uyğun hərəkət edirlər. Bu gün hər bir üzv və qulluqçu bələdiyyənin inkişafı naminə öz töhfəsini verməkdədir. Əldə olunan uğurlu nəticə məhz bu baxışın nəticəsidir. 

Kollektivin əsas məqsədi həm də bələdiyyə binasına gələn hər bir sakini məmnunluqla yola salınmasıdır. Bələdiyyəyə müraciət edən hər bir sakin bələdiyyədən razı getməlidir. Konkret. Bunun bağlı  kollektivin fəaliyyət üçün hər bir şərait yaradılıb. 

Sədr qeyd edib ki, bu gün kənd statusunda olan bir yaşayış məntəqəsində kifayət qədər sakin yaşayır. Bu gün rəsmi qeydiyyatda 150 minə yaxın sakin olsa qeyri-rəsmi bu rəqəm daha çoxdur. Bu gün kənd dediyimiz yaşayış məntəqəsində 270 küçə var. Bu küçələrin abadlığı, təmizliyi, səliqə səhmanlığnda bələdiyyənin öz rolu və payı vardır. Bu qədər küçəsi olan kənddə vətəndaş məmnunluğunun təmin edilməsi bizdən həm də məsuliyyət tələb edir. Ancaq bəzən  vətəndaşlarımızın hüquqi bilgisizliyi, o cümlədən əvvəlki illərdə vətəndaşlarla ünsiyyətin düzgün səmtdə qurulmaması bəzən bizə problem yaşadır, fəaliyyətimizə maneə yaradır. 

Cari ildə əldə olunan büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, fəaliyyətə başladığımız müddətdə Masazır bələdiyyəsində mövcud olan kreditor borcların həcmi 85.412 manat təşkil edib. Bu gün kommunal xidmətlər və digər istiqamətlər üzrə mövcud  olmuş borclar artıq bağlanılıb. Bu gün bələdiyyənin fəaliyyətində əsas istiqamətlərdən biri fəaliyyəti dövründə heç bir quruma borclu qalmamağımızdır.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, cari ilin 6 ayında Masazır bələdiyyəsinin yarım ildə ümumi  büdcə  gəliri 273 min manat  təşkil edib.

Altı ay ərzində əmlak vergisinin həcmi 200 min manat olmuşdur ki, bu da ümumi büdcəyə daxil olan gəlirlərin 73%-i deməkdir. Bələdiyyənin əhəmiyyətli gəlir mənbələrindən olan bələdiyyə mülkiyyətinin icarə verilməsindən daxil olan vəsaitin həcmi isə 27.000 manat olub. Torpaq vergisindən  gələn 36 min manat gəlir ümumi büdcə daxilolmalarının  13%-ni təşkil etmişdir. Mehmanxana ödənişlərindən büdcəyə 2 min manat vəsait  daxil olmuşdur ki, bu da ümumi gəlirin 1 % -ni təşkil edir. Masazır bələdiyyəsinə hərrac və müsabiqə yolu ilə torpağın özgəninliləşdirilməsindən 7 min manat vəsait daxil olmuşdur ki, bu da ümumi gəlirin 3%-ni təşkil edir. 

Xərcləriin istiqamətlərində toxunan sədr bildirib ki, cari ilin 6 ayında  273 min manat gəlirə qarşı, 274 min manat vəsait xərclənib. 

Ümumilikdə abadlıq xərclərinə 42 min manat xərclənmişdir. Masazır bələdiyyəsinin hədəfləri keçən ildə olduğu kimi, əhalinin çoxsaylı müraciətləri nəzərə alınmaqla yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə 159.949 manat smeta dəyəri olan müqaviləyə imza atmışdır. Belə ki, Masazır bələdiyyəsi 6 ayı ərzində kənd ərazisində:

•Şamil Hüseynov küçəsinə 5700 m2, Afiyəddin Cəlilov küçəsinə 3300 m2 , 20 yanvar küçəsinə 1550 m2, Məhəmməd Əmin Rəsulzadə küçəsinə 3005 m2  asfalt örtüyü çəkilmişdir. 

•Bəşir Səfəroğlu küçəsinə 50 m3 asfalt qırıntısı tökülərək yollar normal vəziyyətə salınmışdır.

•Yağış sel suları ilə əlaqədar evlərinə ziyan dəymiş 10 ailə kirayə mənzillə təmin olunmuş və xərcləri ödənmişdir.

•Yağış və sel suları dolmuş evlərdən, həyətlərdən və göllərdən suların çəkilməsi üçün quraşdırılmış nasoslar bir ay boyunca hər gün yanacaqlarla təmin olunmuşdur.

•Sular çəkildikdən sonra göllərin ətrafında traktor və şakmanlarla torpaq işləri görülmüş, ərazi iri qabaritli tullantılardan təmizlənmişdir.

•Müqəddəs Qurban bayramı ilə əlaqədar şəhid ailələri və qazilərə qurban əti payı verilmişdir.

•Masazır kəndində yerləşən Ulu Öndər Heydər Əliyevin plakatının ətrafında ağaclar və gül kolları əkilmiş, işıqlandırma yenidən qurulmuşdur.

Sədr  270 küçəsi olan kəndin statusunun dəyişdirilməsi ilə bağlı müaricətlərin də hazırlandığını dilə gətirdi. 

Son da onu da əlavə etdi ki, fəaliyyətimiz dövründə Abşeron RİH-in daim dəstəyini hiss edirik. Təklifimiz odur ki, komunal xidmətlə bağlı səlahiyyətin icra edilməsi ilə bağlı hüquqi prosedurların bələdiyyəyə verilməsinə yenidən baxılsın. Əgər bu sahə və sahənin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsait  iki il müddətinə  bələdiyyəyə ayrılmış olsa bələdiyyə daha da irəli gedər və vətəndaşın üzləşdiyi problemlərin həlli də sürətlənər. 

Əlavə edək ki, Masazır bələdiyyəsinin hazırda 17 üzvü var, sədr Firdövsi Calalov, həm də Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədr müavinidir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1598