Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-07-2026 , 20:08

203

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Nazim Kərimov: “Şəhər ərazisində abadlıq və təmir işlərinin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur”

“Bələdiyyənin qarşıya qoyduğu əsas hədəfi yerli büdcə gəlirlərinin artırılması, vergi və digər ödənişlərin yığım səviyyəsinin yüksəldilməsi, bələdiyyə əmlakından səmərəli istifadə olunması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və əldə olunan büdcə vəsaitlərinin yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına, abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsinə səmərəli şəkildə yönəldilməsidir”- bu fikirləri Belediyye.infoya Cəlilabad rayonu, Göytəpə bələdiyyəsinin sədri Nazim Kərimov deyib.

Cari ildəki büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  48.504 manat vəsait daxil olub ki,  onunda  10.438 manatı əmlak vergisindən, 5.969 manatı torpaq vergisindən, 31.087 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən  əldə edilib. 2026-ci ilin birinici yarısında bələdiyyə mülkiyyətinin icarəsindən bələdiyyə büdcəsində 1.010 manat daxil olub.

Sədr qeyd edib ki, cari ilin ilk altı ayı ərzində əldə olunan büdcə gəlirləri hesabına inzibati ərazidə aşağıdakı layihə və abadlıq işləri həyata keçirilmişdir:

 -Şəhid Vüqar İbadov küçəsinin 480 metr hissəsində küçə işıqlandırma sistemi quraşdırılmış, müasir işıqlandırma dirəkləri və LED lampalarla küçənin gecə vaxtı işıqlandırılması təmin edilmişdir.

-Şəhid Namiq Həsənov küçəsinin 300 metr hissəsində küçə işıqlandırma sistemi quraşdırılaraq istismara verilmişdir.

- Göytəpə şəhərində mərkəzi parkda  sanitar qovşağın tikintisinə başlanılmışdır.

- Göytəpə şəhərinin 25-dən artıq küçəsinin müəyyən hissələrinə  çınqıl tökülərək yayılmış, hərəkət üçün əlverişli şərait yaradılmışdır.

- Göytəpə şəhər Qarabağ Müharibəsi şəhidlərinin xatirə kompleksinin tikintisi başlanılmışdır.

Sədr qeyd edib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələr və görülən işlər əhalinin rahatlığının təmin edilməsi, infrastrukturun yaxşılaşdırılması və şəhərin abadlaşdırılması məqsədi daşıyır.

Sədr Nazim Kərimov sonda qeyd edib ki, büdcə imkanları nəzərə alınmaqla inzibati ərazidə abadlıq və təmir işlərinin bundan sonra da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1598