Asif Həşimov: “Son iki ildə yerli vergilərin yığımında ciddi irəliləyişə nail olmuşuq”
“Vəndam bələdiyyəsi olaraq başlıca məqsədimiz qəsəbə ərazisində vətəndaş məmnunluğuğunun təmin edilməsinə öz töhfəmizi verməkdir”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib.
Sədrin
sözlərinə görə, hər bir qəsəbə sakininin müraciəti bələdiyyədə diqqətdə saxlanılır,
icrası ilə bağlı addımlar atılır. Əsas məsələ isə sakinlərin qaldırdığı məsələlərin
vaxtında öz həllini tapmasıdır. Bunun üçün isə bələdiyyənin büdcə gəlirlərində
artıma nail olmaq tələb olunur.
Sədr qeyd
edib ki, son iki ilin beşaylıq büdcə gəlirlərinə diqqət yetirsək vergi xidmətinin
əldə etdiyi uğurları aydın şəkildə görmək mümkündür.
2025-cü
ilin ilk beş ayı ərzində 24.761 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə
49.023 manat olub. 2025-cü illə müqayisədə
torpaq vergisində 44 faizədək, əmlak vergisində isə 48 faizədək artım müşahidə olunub.
2025- cü
ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 24.761 manat vəsaitin, 13.889 torpaq
vergisindən, 4.612 manatı əmlak
vergisindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində
stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən
5.708 manat, bələdiyyə mülkiyyətinin icarəsindən 550 manat vəsait daxil olub.
2026- cü
ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 49.023 manat vəsaitin, 20.100 torpaq
vergisindən, 6.817 manatı əmlak
vergisindən, 9.901 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 3.062 manat bələdiyyə
mülkiyyətinin icarəsindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq
sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə
ödənişlərdən 8.585 manat daxil
olub. Bununla yanaşı maliyyə sanksiyasında bələdiyyə büdcəsində 555 manat vəsait daxil olub.
Bu gün fəaliyyətimizini əsas istiqaməti təkmilləşdirilmiş və yenilənmiş BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə daha böyük uğurlara imza atmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy