Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2026 , 19:58

72

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov: “Yerli vergilərin yığımında ay ərzində 66 faizlik artım müşahidə olunub”

“Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında büdcə gəlirlərində 55  faizlik artım müşahidə olunub. Bu isə bütovlükdə 4.486 manat deməkdir”- bu fikirləri Belediyye.infoya Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.

Sədr qeyd edib ki, 2025-ci ilin aprelində  vergi ödəyicilərin ödədiyi vergi və rüsumun həcmi  8.115 manat olmuşdursa, cari ilə vergi ödəyicilərinin ödədiyi vergi və rüsumun həcmi 12.601 manata bərabər olub. 

Büdcə gəlirlərinin istiqamətinə toxunan sədr qeyd edib ki, ötən ilin aprelində əldə edilən vəsaitin 1.515 manatı torpaq vergisindən, 723 manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən 1.659 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 3.240  manatı, ot satışından isə 976 manat daxil olub.

Cari  ilin aprelində isə  əldə edilən vəsaitin 2.498 manatı torpaq vergisindən, 1.225 manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən 841 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 7.061  manatı, ot satışından isə 976 manat daxil olub.

Göründüyü kimi, yerli vergilərin yığımında ay ərzində 66 faizlik artım müşahidə olunub.

Hazırda  bələdiyyənin vergi xidmətinin əməkdaşları demək olar ki, bütün istiqamətlərdə ciddi irəliləyişə nail ola bilib.

Əldə etdiyimiz maliyyə vəsaiti sonda seçicilərin qaldırdığı problemlərin həllinə yönəldilir. Belə ki, kəndarası yollarda cari təmir işlərinə 4.000 manat, məhəllədaxili yollardakı su keçidləri üçün boruların alınmasına 700 manat, əhalinin həssas qrupuna olan ailələrə maddi yardım kimi 650  manat, habelə mərkəzi yolun kənarındakı ağaclara aqrotexniki qulluğun göstərilməsinə və yenilərinin alınmasına 995 manat xərclənib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər