Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2026 , 20:38

306

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qax rayonunda bələdiyyə-icra münasibətlərində yeni dövr

Mütəmadi olaraq Qax şəhər bələdiyyəsinin, o cümlədən İlisu, son vaxtlarda isə qismən Qaxbaş bələdiyyəsinin həyata keçirdiyi layihələr barəsində məlumatlar Belediyye.info resursuna daxil olmaqdadır.

İki il əvvəl sədri olduğum QHT-nin layihəsini icra edərkən Qax rayonunda formalaşan  altı bələdiyyədə görüşlər keçirdiyimdən bu bələdiyyələrin hansı potensila, hansı gücə sahib olduqları barədə əyani şəkildə bilgim var.

İndi isə diqqəti başqa bir məqam çəkdi. Yəni Qax RİH-i sosial media platformasında  bələdiyyələrin fəaliyyəti barəsində ümumiləşdirilmiş məlumat paylaşmışdı. Əlavə edim ki, bu son aylarda  birinci hal deyildi. Biz də məhz həmin məlumatı istifadə edib paylaşdıq.

Söhbət ondan gedir ki, icra strukturları tərəfindən bələdiyyələrin fəaliyyəti barəsində məlumatın paylaşılması indiki zamanda “nadir” hadisələrdən hesab edilir.

Əlaqə saxladığımız bələdiyyə sədrləri də, etiraf edim ki, rayonda bələdiyyə-icra münasibətlərinə baxışın  son aylarda bir xeyli müsbət yöndə dəyişdiyini qeyd etdilər. Bütün hallarda bələdiyyələrin fəaliyyətinə RİH tərəfindən dəstəyin verilməsi, seçkili orqanın RİH tərəfindən hər hansı tapşırıqlarla “yüklənməsinə” belə marağın olmaması hər halda diqqəti çəkən məsələlərdəndir.

Düşünürəm ki, fəaliyyətini yaxından izlədiyim RİH başçısı Elvin Paşayev Göygöl rayonunda əldə etdiyi təcrübəni artıq Qax rayonunda da əyani şəkildə sınaqdan keçirməklə, həm bələdiyyənin, həm də RİH-in müəyyən mənada zəifləmiş nüfuzunun bərpasına fəaliyyəti ilə nail ola bilib.

Düşünürəm ki, Qax bələdiyyələri cari ildə də uğurlu layihələri ilə həm onlara göstərilən etimadı döğrüldacaq, həm bələdiyyənin büdcə gəlirlərini artırmaqla rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfələrini verəcəklər.

Belə olan halda bizə yalnız uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər