Tünzalə Qardaşova: “Mövcud nəticələri yetərli hesab etmirik”
“Gələcək dövrdə vergi daxilolmalarının daha da artırılması əsas məqsədlərimizdən biridir və bu istiqamətdə tədbirlərin gücləndirilməsi davam etdiriləcəkdir”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Boradigah bələdiyyəsinin sdəri Tünzalə Qardaşova deyib.
Sədr qeyd
edib ki, 2024-cü ilin birinci rübü ərzində torpaq və əmlak vergisi üzrə
daxilolmaların ümumi məbləği 2.407 manat, 2025-ci ilin birinci rübü üzrə bu
göstərici 2.602 manat olmuşdur. Lakin 2026-cı ilin birinci rübündə torpaq və əmlak
vergisi üzrə daxilolmalar 7.275 manata yüksəlmişdir.
Xanım sədr onu da qeyd edib ki, artım müsbət dinamikanı əks etdirməklə irəliləyiş kimi qiymətləndirilsə də, mövcud nəticələri yetərli hesab etmirik.
Belediyye.info
Rəylər
0 Rəy