Elman Xəlilov: “Bələdiyyənin vergi xidmətinin və kollektivin birgə səyi ilə qarşıya qoyulan hədəfə doğru irəliləyirik”
“Bu gün İlisu bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla vətəndaşların qaldırdığı problemlərin həllinə nail olmaqdır. Bunun üçün bələdiyyənin vergi xidməti Bələdiyyələrin Vahis İsformasiya Sisteminin verdiyi bütün imkanlardan yararlanmağa çalışır” bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elman Xəlilov deyib.
Büdcə
gəlirlərinə toxunan sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə
büdcəsinə 31.684 manat vəsait daxil olub ki, onunda
235 manatı əmlak vergisindən, 3.732 manatı torpaq vergisindən, 26.280
manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 287 manatı mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərindən, 150 manatı bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət,
ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən əldə edilib. İl yarım ərzində bələdiyyə mülkiyyətinin icarəsindən 1000
manat vəsait daxil olub.
Ümumilikdə, il ərzində 4.792 manat isə mehmanxana,
tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib.
2025-cü
ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə
13.666 manat vəsait daxil olub
ki, onunda 351 manatı əmlak vergisindən, 1.845 manatı
torpaq vergisindən, 8.280 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 2.163 manatı bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və
digər xidmətlərə görə ödənişlərdən, 75 manatı ianələrdən və 951 manat isə digər istiqamətlərdən daxil olub. 2025-ci il ərazində bələdiyyə mülkiyyətinin icarəsindən vəsait
daxil olmayıb.
Ümumilikdə,
il ərzində 8.750 manat mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən
daxil olan ödənişlərdən əldə edilib.
2026-cü
ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə
59.975 manat vəsait daxil olub
ki, onunda 2324 manatı əmlak vergisindən, 9.914 manatı
torpaq vergisindən, 26.060 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 120
manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil
olan ödənişlərdən, 15.972 manatı bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət,
ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən əldə edilib. 2026-ci il ərazində
də bələdiyyə mülkiyyətinin icarəsindən
isə 4.978 manat, ianələrdən 666 manat, digər istiqamətlərdən isə 60 manat daxil
olub.
Göründüyü
kimi, 2025 ci illə müqayisədə İlisu bələdiyyəsinin büdcə gəlirlərində 3.4 dəfəyədək
artım müşahidə olunub. Bələdiyyənin vergi xidmətinin və kollektivin birgə səyi
ilə qarşımıza qoyduğumuz hədəfə doğru irəliləyirik. Əldə edilən gəlirlər sonra
vətəndaşların üzləşdiyi problemlərin həllinə yönəldilir.
Belə ki, sel sularının yaratdığı fəsadların aradan qaldırılmasına, 9 kəndin hər birində məişət tullantılarının idarə olunması üçün quyuların qazılmasına, 9 kənddə küçə işıqlarının təmiri və yenidən qurulmasına, Qaşqaçayda şəhid qəbiristanlığının təmizlənib daşınmasına bələdiyyə iclasınım qərarı ilə vəsait xərclənmişdir.
Əlavə edək ki, 2025-ci lin yanvarın keçirilən bələdiyyə seçkilərində Əmircan və Qaşqaçay bələdiyyələri İlisu bələdiyyəsinə birləşdirilib.
Belediyye.info
Rəylər
0 Rəy