Bələdiyyə sədri: “Həyata keçirdiyimiz layihələr vətəndaş məmnunluğunun təmin edilməsinə söykənir”
“Bələdiyyənin ərazisində iməciliklər təşkil etməklə kəndin ərazisində təmizlik işləri aparılmaqdadır. Bu iməciliklərdə həm bələdiyyənin üzv və qulluqçuları yaxından iştirak ediblər” - bu fikirləri Beeldiyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədrin sözlərinə görə, mütəmadi olaraq həyata keçirdiyimiz
layihələr vətəndaş məmnunluğunun təmin edilməsidir.
Xanım sədr qeyd edib ki, bu layihələrin icrası ilə yanaşı bələdiyyə
olaraq ehtiyacı olanlara maddi və mənəvi dəstək göstərməyə çalırıq. Bələdiyyəyə
müraciət edən üç nəfərə 50,100 və 150 məbləğində maddi yardım göstərilmişdir.
Bələdiyyə büdcəsinin təsdiqi zamanı sosial layihələrin
icrası nəzərdə tutulub. Odur ki, maliyyə imkanları çərçivəsində ilin sonundək
bu tipli layihələrin icrası davam etdiriləcəkdir.
Bələdiyyə olaraq hər bir vətəndaş müraciətini diqqətdə saxlamaqla icrası üçün addım atırıq. Belediyye.info
Rəylər
0 Rəy