Bələdiyyə sədri: “Pirəbədil bələdiyyəsi nəzərdə tutduğu sosial layihələrin icrasını bundan sonra da davam etdirəcəkdir”
“Pirəbədil bələdiyyəsi olaraq bu gün əsas fəaliyyətimiz seçicilərimizə layiqli xidmət etməkdən ibarətdir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Ramazan
ayı ərzində iftar süfrələrinin açılması, həssas qrupa aid insanlara bayram
sovqatının paylanılması, habelə bu günlərdə sakinləri narahat edən problemlərin
həlli edilməsi, bütünlükdə bələdiyyə ərazisində vətəndaş məmnunluğuna xidmət edən addımlardandır.
Sədr qeyd edib ki, 05 mart 2026-cı il tarixində Pirəbədil kəndində 100 nəfərlik iftar süfrəsi açılmış və həmin gün 20 pay ayrılaraq aztəminatlı ailələrə paylanılmışdır. 06 mart 2026-cı il tarixində Dağ Bilici kəndində 100 nəfərlik iftar süfrəsi açılmış və 23 pay hazırlanaraq paylanılmışdır. 07 mart 2026-cı il tarixində Əmirxanlı kəndində 100 nəfərlik iftar süfrəsi açılmış və 23 pay ayrılaraq paylanılmışdır. 12 mart 2026-cı il tarixində Zeyvə kəndində yenə 100 nəfərlik iftar süfrəsi açılmış və 27 pay ayrılaraq paylanılmışdır. Bu proses Ramazan ayının son gününədək davam etdirilib.
Ancaq bu günlərdə fəaliyyətimiz bununla bitməyib. Sakinlərin kollektiv müraciəti əsasında Şabran rayon Ağbaş kəndinin Şabran şəhərinə tərəf çıxan hissəsindəki dağılan yerlər bələdiyyə tərəfindən təmir edilmişdir. Bununla yanaşı Çuxurəzəmi İnzibati Ərazi Dairəsinə aid olan 5 kəndin yolunun çaydan keçən hissəsində selin tamamilə yararsız hala saldığı və gediş-gəliş çətinləşdirdiyi hissə bələdiyyə tərəfindən 19.03.2026-cı il tarixində ağır texnikalar vasitəsi ilə bərpa edilmişdir.
Bələdiyyənin bu addımı sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Sədr sonda qeyd edib ki, Pirəbədil bələdiyyəsi dekabr ayında təsdiq etdiyi büdcə layihəsində nəzərdə tutduğu sosial layihələrin icrasını bundan sonra da davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy