Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-03-2026 , 16:32

129

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Sakinlərin hər bir müraciəti diqqət mərkəzində saxlanılır”


“Kənd sakinlərinin müraciəti daim bələdiyyənin diqqətindədir. Hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılır. Bələdiyyə üzvlərinin məqbul saydıqları məsələlər tezliklə öz həllini tapır”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Sədrin  sözlərinə görə, avtobus dayanacağı ilə bağlı sakinlərin kollektiv müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilmişdir.  Bununla yanaşı sakinlərin müraciətində əraziyə zibil qutularının qoylması da xahiş olunurdu.

Sədr qeyd edib ki, artıq müraciətlər öz həllini tapıb. Bu layihələr də bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC tərəfindən icra olunub.

Qeyd edək ki, Pirəbədil  bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var.  İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər