Royal Cəfərov: “Üzləşdiyimiz çətinliklərə baxmayaraq vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlı çətin də olsa müəyyən addımlar atırıq”
“Hazırda bələdiyyənin əsas vəzifəsi əvvəlki illərdən ödənilməmiş DSMF borcunun bağlanılmasına çalışmaqdır”- bu fikirləri Yevlax rayonu, Xaldan bələdiyyəsinin sədri Royal Cəfərov deyib.
Sədr
qeyd edib ki, ötən ilin fevral ayından bələdiyyə sədri seçilərkən bələdiyyənin 45.691 manat DSMF-yə borcu var idi. Ötən il ərzində
kollektivin və vergi xidmətinin birgə səyi ilə bu vəsaitin 14.321 manatı
silindi. Hazırda bələdiyyənin 31 min manatdan artıq DSMF-yə borcu qalmaqdadır.
Sədr
bildirib ki, üzləşdiyimiz çətinliklərə baxmayaraq vətəndaşların qaldırdığı
problemlərin həlli ilə bağlı çətin də olsa müəyyən addımlar ata bilirik. Son
bir il ərzində əhalinin həssas qruplarına, şəhid, qazi və aztəminatlı ailələrə bələdiyyə iclasının qərarı ilə 2.800 manatlıq
sosial yardım proqramının verilməsi təmin edilmişdir.
Vətəndaş
məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərini artırmalıyıq. Bunun üçün müəyyən
resurslardan istifadə etsək də üzləşdiyimiz problemlərin köklü şəkildə öz həllni
tapmır. Xüsusəndə vergi və rüsumlarının dərəcələrinin artırılması, bələdiyyənin
əmlakla bağlı problemləri, qiymətləndirmə ilə bağlı məqamlar bütün hallarda bələdiyyə
mülkiyyətinin tanıdılmasına ciddi problem yaratmaqdadır. Hazırda ərazidəki əmlakın
80 faizdən artıq hissəsinin çıxarışı olmadığından vergiyə cəlb etmək mümkün
olmur. Topraq vergisinin, habelə icraə haqqlarının aşağı səviyyədə olması nəticə
etibari ilə büdcə gəlirinin aşağı səviyyədə
olmasına və bələdiyyənin öz borclarının bağlanılmasına, həmçinin bələdiyyədə əməkhaqqı
səviyyəsinin aşağı olmasına şərait yaratmış olur.
Əlavə
edək ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv
edilməsi haqqında" Qanununa əsasən
Aşağı Salamabad, Ərəş, Xaldan və Qaraoğlan bələdiyyələrinin əhatə etdiyi Meyvəli
qəsəbəsi və Aşağı Salamabad, Əcəmi, Ərəş, Xaldan, Quşçu, Yuxarı Salamabad,
Qaraoğlan kəndləri də daxil olmaqla
Xaldan bələdiyyəsi formalaşdırılıb.
İlk dəfə bələdiyyə üzvü seçilən Röyal Cəfərov 18 fevral 2025-ci il tarixdə keçirilən bələdiyyənin ilk iclasında bələdiyyə sədri olaraq seçilib.
Belediyye.info
Rəylər
0 Rəy