Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 19:05

109

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran şəhərində şəhid ailələri ziyarət olunub

Şabran şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Seyfəddin Balağayevin doğum günü münasibətilə Şabran Rayon İcra Hakimiyyətinin başçısının müavini Natavan Mustafayeva, Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və bələdiyyənin əməkdaşları şəhidin anası Bəsxanım  müəllimənin yaşadığı mənzili ziyarət ediblər.

Görüş zamanı şəhid Seyfəddin Balağayevin əziz xatirəsi ehtiramla yad edilmiş, onun Vətən uğrunda göstərdiyi şücaətdən və qəhrəmanlığından bəhs olunmuşdur. Bildirilmişdir ki, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın göstərdiyi igidlik Azərbaycan xalqının şanlı tarixində əbədi yaşayacaqdır.

Şəhidin anası Bəsxanım müəllimə ilə səmimi söhbət aparılmış, onun qayğı və problemləri ilə maraqlanılmışdır. Qeyd olunmuşdur ki, şəhid ailələri dövlətimizin və cəmiyyətimizin daim diqqət və qayğısı ilə əhatə olunur.

***

Bu gün  isə Şabran şəhər bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və bələdiyyənin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Qəhrəman Roman Yusifovun anası Kübra ana və Birinci Qarabağ müharibəsində şəhid olmuş Vidadi Abdullayevin anası Rübabə ananı yaşadıqları evdə ziyarət edərək onları səmimi qəlbdən təbrik etmişlər.

Görüş zamanı qəhrəman övladlar yetişdirən analara dərin ehtiram və minnətdarlıq ifadə olunmuş, onların Vətən qarşısındakı xidmətlərinin yüksək qiymətləndirildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, belə analar xalqımız üçün böyük qürur mənbəyidir və onların yetişdirdiyi qəhrəmanların xatirəsi daim ehtiramla anılır.

Söhbət zamanı anaların qayğı və problemləri ilə maraqlanılmış, onlara sağlamlıq və uzun ömür arzulanmışdır. Qeyd olunmuşdur ki, şəhid və qəhrəman ailələri hər zaman dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunurlar.  

Şabran bələdiyyəsi 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər