Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 19:48

1142

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran rayonunda "Zəfər Günü”nə həsr olunmuş bilik yarışı keçirilib

8 Noyabr — Zəfər Günü münasibətilə Şabran rayonunda maarifləndirici və vətənpərvərlik ruhunda tədbir keçirilib. Tədbir çərçivəsində müəllimlər arasında “Zəfər Günü”nə həsr olunmuş bilik yarışı təşkil olunub.

Yarış Şabran Bələdiyyəsi, “Çıraqqala” Şabran Dövlət Tarixi-Mədəniyyət Qoruğu və ETN-Həmkarlar İttifaqının Şabran rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi müəllimlər arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği və milli dəyərlərimizin gənc nəslə aşılanması prosesinə töhfə vermək olub.

Yarışda rayonun 1, 2, 3, 4 və 5 nömrəli ümumtəhsil məktəblərinin müəllim komandaları iştirak ediblər. Komandalar Vətən müharibəsinin tarixi, qəhrəman şəhid və qazilərimizin igidliyi, dövlət atributlarımız, həmçinin Azərbaycan ordusunun Qələbə yolu haqqında biliklərini nümayiş etdiriblər.

Maraqlı və gərgin keçən yarışın yekununda M. Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimlərdən ibarət komandası yüksək nəticə göstərərək qalib adını qazanıb.

Tədbirin sonunda qalib komanda üzvlərinə və digər iştirakçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Zəfər Günü” münasibətilə keçirilən bu kimi tədbirlər Şabran rayonunda vətənpərvərlik ruhunun, birlik və həmrəyliyin təbliği, eləcə də təhsil işçilərinin ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər