Şabran bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib
Şabran bələdiyyəsində vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud problemlərin operativ həlli məqsədilə növbəti vətəndaş qəbulu keçirilib. Qəbulu bələdiyyə sədri Fidan Fərzəliyeva aparıb.
Görüş zamanı sakinlər tərəfindən əsasən əkin və örüş sahələrinin bölgüsü, torpaq münasibətləri, sosial qayğıların həlli, kommunal xidmətlərlə bağlı müraciətlər dinlənilib. Hər bir vətəndaş diqqətlə dinlənib, qeyd olunan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Yerində həll edilə bilən problemlər dərhal aradan qaldırılıb, araşdırma tələb edən müraciətlərin isə icrası nəzarətə götürülüb.
Vətəndaşların davamlı şəkildə dinlənməsi və problemlərin vaxtında həlli məqsədilə bu kimi görüşlərin mütəmadi olaraq keçirildiyi diqqətə çatdırılıb.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy