Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2025 , 00:47

1448

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Dəyirmi masa Saatlı bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub

16 oktyabr 2025-ci ildə Saatlı Gənclər Evində Saatlı bələdiyyəsinin təşkilatçılığı ilə "Məişət zorakılığına məruz qalan qadınların yerləşdirilməsi üçün sığınacaqların yaradılması" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Saatlı  RİH-nin əməkdaşları, rayonda formalaşan  bələdiyyələrin sədrləri, icra nümayəndələri, Saatlı RPŞ-nin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Saatlı RİH başçısının müavini Mehriban Ağayeva məişət zorakılığından əziyyət çəkən qadınların sayı barədə rayon üzrə statistik göstəricilər haqqında danışıb. Saatlı Bələdiyyəsinin sədri Aqil Heydərov mövzunun aktuallığından danışaraq həlli yolları barədə məlumat verib. Bələdiyyə sədrinin ictimai əsaslarla müavini, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva sığınacaqların yaradılması üçün bələdiyyələrin və əlaqədar qurumların birgə fəaliyyətinin önəmindən danışıb və bu istiqamətdə  "Bələdiyyələrin statusu haqqında" Qanuna əsasən bələdiyyələrin həyata keçirə biləcəyi funksiyalar haqqında məlumat verib. Sığınacaqların yaradılması üçün yerli icra hakimiyyətlərinin subvensiyalarının, xeyriyyə fondlarının cəlb edilməsinin, donor təşkilatların işə cəlbinin məsələnin maliyyə tərəfinin həllində önəmli rolu olduğunu qeyd edib.

Saatlı RPŞ-nin polis əməkdaşı Qorxmaz Mirzəyev daxil olan zorakılıq faktlarından, məsələnin həllində əlaqəli şəkildə çalışmağın əhəmiyyətindən danışıb.

 Çıxış edən icra nümayəndələri və bələdiyyə sədrləri təkliflərini irəli sürərək mövzu haqqında fikirlərini səsləndiriblər.

Saatlı bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər