Sosialist Əməyi Qəhrəmanı olan xanım bələdiyyə sədri vəfat edib
APA xəbər verir ki, məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Hüseynova 86 yaşında vəfat edib.
Əlavə edək ki, Fatma Hüseynova uzun illər həm də Sabirabad rayonu, Qaratəpə bələdiyyəsinin
üzv və sədri seçilmişdi. Qaratəpə bələdiyyəsi rayonun aktiv bələdiyyələrindən hesab ounur.
Qeyd edək ki, o,
1939-cu ildə Sabirabad rayonunda anadan olub.
2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Rəylər
0 Rəy