Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-10-2025 , 21:00

696

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsi qazinin toy mərasimində iştirak edib

Bu gün Şabran Bələdiyyəsinin kollektivi Aprel döyüşləri iştirakçısı, 44 günlük Vətən müharibəsi qazisi, Ləcədi kənd sakini Ömər Talıbovun toy mərasimində iştirak edib.
Tədbirdə çıxış edən bələdiyyə sədri Fidan Fərzəliyeva qazimizi səmimi qəlbdən təbrik edərək qeyd edib ki, xalqımız Vətən uğrunda döyüşən, torpaqlarımızın azadlığı naminə canını və qanını əsirgəməyən qəhrəman oğulları ilə hər zaman qürur duyur.
Bələdiyyə kollektivi gənc ailəyə möhkəm can sağlığı, səadət, sevgi, qarşılıqlı hörmət və uzunömürlülük arzulayıb. Qeyd olunub ki, bu gün qazilərimizin xoşbəxt günlərinə şahidlik etmək hər birimiz üçün böyük fəxarət hissidir.
Sonda qazimiz Ömər Talıbov və ailə üzvləri göstərilən diqqət və təbrikə görə Şabran Bələdiyyəsinə təşəkkürlərini bildiriblər.

Şabran bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər