Tünzalə Qardaşova: “Abadlıq işlərinin həyata keçirilməsi vətəndaş məmnunluğunun təmin edilməsində fəaliyyətimizin əsas vəzifəsidr”
“Boradigah bələdiyyəsinin maliyyə vəsaiti və sakinlərimizin dəstəyi ilə şəhid İbrahim Rükabzadənin adını daşıyan küçə asfaltlanmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.
Sədrin fikrincə, görülən işlər ərazidə yol infrastrukturunun
yaxşılaşdırılmasına və vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına
xidmət edir.
Boradigah bələdiyyəsi bundan sonra da sakinlərin rifahına
yönəlmiş abadlıq və infrastruktur layihələrini davam etdirməyi planlaşdırır.
Boradigah bələdiyyəsi
tərəfindən abadlıq işlərinin həyata keçirilməsi məhz vətəndaş məmnunluğunun təmin edilməsi fəaliyyətimizin hazırda əsas vəzifəsidr.
Belediyye.info
Rəylər
0 Rəy