Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-10-2025 , 22:58

950

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri növbəti vətəndaş qəbulu keçirib

03 oktyabr 2025-ci il tarixində Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib. Görüşdə bələdiyyənin sədri İsmayıl Rəsulov və qurumun məsul əməkdaşları iştirak ediblər. Qəbul zamanı sakinlər birbaşa olaraq öz müraciətlərini çatdırmaq imkanı əldə ediblər. Sakinlərin müraciətləri əsasən sosial yönümlü məsələlər, məişət problemləri, infrastrukturun yaxşılaşdırılması və ictimai həyatda aktuallıq kəsb edən mövzularla bağlı olub. İsmayıl Rəsulov hər bir vətəndaşı diqqətlə dinləyərək qaldırılan problemlərin araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verib.

Qəbulda vurğulanıb ki, bələdiyyənin fəaliyyətində əsas prioritet vətəndaş məmnunluğunun təmin olunması və onların gündəlik qayğılarının aradan qaldırılmasıdır. Bu məqsədlə səsləndirilən hər bir müraciət operativ şəkildə araşdırılacaq, nəticələr barədə isə vətəndaşlara ətraflı məlumat veriləcək. Qaldırılan məsələlərin icrası nəzarətdə saxlanılacaq və prosesin şəffaflığına xüsusi diqqət yetiriləcək.

Bələdiyyə rəhbərliyi bildirib ki, bu cür görüşlərin mütəmadi təşkili sakinlərin bələdiyyə ilə daha sıx ünsiyyət qurmasına şərait yaradır. Belə tədbirlər vətəndaşların narahatlıqlarının öyrənilməsi ilə yanaşı, yerli özünüidarəetmənin effektivliyini artırır, ictimai etimadı möhkəmləndirir və bələdiyyə ilə insanlar arasında qarşılıqlı əməkdaşlığa töhfə verir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər