Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-07-2025 , 16:37

1946

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Telman Ağabəyov: “Vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da, hələ də əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz qalmaqdadır”


Uzun illərdən bəri yenidən Salyan bələdiyyəsini ziyarət etməyi qərara gəldim. On ildən artıq bir müddət idi ki, bu şəhərdə olmamışdım. Əvvəlki illərdə əməkdaşlıq əlaqələri  qurulsa da, son beş ildə bu əlaqələr bir tərəfli qaydada ümumiyyətlə kəsilmişdi. Biz məhz bu əlaqələri bərpa etmək məqsədlə sədrlə danışıb bələdiyyənin fəaliyyəti ətrafında danışmaq, həm də öz təcrübəmizi paylaşmaq istədik.

Ancaq mətləbə keçməmişdən öncə  maraqlı bir məqamı diqqətə çatdırmaq istərdim. Yəni maşını saxlayıb bələdiyyənin yerləşdiyi binanın yerini soruşanda hər kəsin verdiyi cavab diqqətimi çəkdi.  Cavablar təxminən belə olurdu: “iki tin keçib,sola dönərsiniz, ordan düz üç tin gedib, sağa dönüb  birinci tində köhnə “rayispalkomun” binasını görəcəksziniz”.

Elə də oldu. Digər maraqlı məqam isə bu “tin” lərin hamısının təxminən eyni məsafədə olması idi. Yəni bütün hallarda ehtiyatı əldən vernək olmazdı.  Su-kanalizasiya xəttləri çəkildiyindən deməliyəm ki, şəhər heç də ürəkaçan vəziyyətdə deyildi. Ancaq hər kəs işbaşında idi.  Nə isə, keçək mətləbə...

Bələdiyyədə keçirdiyim görüşdə Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov, sədr müavini Fuad Qəhrəmanov,  baş mühasib Rafiq Vəliyev və bələdiyyənin mühəndisi Tələt Zeynalov iştirak edirdi.

Görüşün maraqlı keçməsindən çox, hər iki tərəf uçun  faydalı keçdiyini demək lazımdır. Tövsiyəmizlə  SMS xidmətinin tətbiqinın başlamasından tutmuş, inteqrasiyanın yaratdığı şəraitədək söhbətlər getdi. Hətta digər bələdiyyələrin də SMS xidmətindən yararlanması ilə bağlı artıq şəhər bələdiyyəsində söhbətlər aparıldığı da qeyd edildi.

Əlavə edim ki, Salyan bələdiyyəsinə yeni seçilən sədr Telman Ağabəyov bələdiyyə sistemində yeni deyil. Bundan əvvəl rayonun Kür-Qaraqaşlı bələdiyyəsində iki çağırış üzv və sədr kimi fəaliyyəti olub. Onillik fəaliyyəti ilə geridə qalan bir bələdiyyəni fəaliyyəti ilə  nümunəvi sıraya qoşmağı bacarıb. İndi isə şəhər bələdiyyəsinə ən şox səs toplamaqla (5071 səs) üzvlər sırasında birinci yeri tutmağı bacarıb. Bələdiyyənin ferval ayında keçirilən ilk iclasında isə sədr seçilib.

Sədrin şəhər bələdiyyəsində əldə etdiyi ən böyük uğurlardan biri kollektivdə səmimi  bir mühitin yaratması idi.  Bu gün yaranan atmosferin nəticəsidir ki,  hər bir üzv və qulluqçu bələdiyyənin işinə öz töhfəsini verməyə çalışır. Və bilir ki, bələdiyyəyə edilən bu hörmətin, bu qayğının bütün hallarda həm maddi, həm də mənəvi bir nəticəsi olacaqdır.  Görüşdə sədr əldə etdiyi uğurlardan çox üzləşdiyi çətinliklərdən danışdı.

- Bu gün Salyan bələdiyyəsində əsas məqsədimiz vətəndaş məmnunluğu təmin etməyə çalışmaqdır.Hazırda  Salyan bələdiyyəsinin  15 nəfər üzvü var. Bunlardan 7 nəfəri qadındır. Bələdiyyədə 6 daimi komissiya və icra aparatı fəaliyyət göstərir.  Komissiya sədrləri savadlı, təcrübəli və peşəkar insanlardır.

Hesabat dövründə bələdiyyəmiz 35 yığıncaq keçirmiş, 176 müxtəlif məsələ müzakirə edilmişdir. Məsələlərin həlli əsasən sosial sifarişlər əsasında, sakinlərin müraciəti, təklifləri əsasında kollegial şəkildə həyata keçirilir.

Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır. Bu sahədə də xeyli çətinliklər mövcuddur. Əhalinin yerli vergi ödənişi sahəsində maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini verməkdədir. Bələdiyyə üzvləri və bələdiyyə aparatının işçiləri, vergi xidmətinin əməkdaşları  əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif və məsləhətlərini dinləyir, problemlərini özlərinin arzuladığı formada həll etməyə çalışır. Bələdiyyə üzvlərinin və bələdiyyə aparatı işçilərinin şəhər əhalisi arasında apardığı təbliğat işlərinin nəticəsində əhalinin bələdiyyəyə olan inamının artmasının nəticəsidir ki,  yığılan əmlak və torpaq vergisinin həcmi də artmaqdadır.

Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir. Sosial Müdafiə və Sosial yönümlü işlər arasında, əlil, qaçqın, şəhid və imkansız ailələr Bələdiyyənin daima diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan sakinlərin təmsil olunduqları cəmiyyətlərlə (Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri, Çernobıl, Əfqanıstan müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi Veteranları və s.) bələdiyyə arasında sıx əlaqələr qurulub. Bütün bayram və əlamətdar günlərdə tədbirlər keçirilir, maddi yardım və bayram sovqatları paylanılır. Hər ay imkansız ailələrin və əlillərin müraciətləri əsasında onlara maddi yardım verilir.  Bu dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz qalmaqdadır

 Bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr görüşdə qeyd edib ki, cari ilin 6 ayında yerli büdcəyə torpaq vergisi üzrə 3.450 manat, əmlak vergisi üzrə 11.047 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödənişlər üzrə 61.297 manat, bələdiyyə əmlakının icarə verilməsindən 2.217 manat ümumilikdə isə bələdiyyənin büdcə gəlirləri 78.011 manat olmuşdur. 2025 – ci  ilin 6 ayında bələdiyyə xəzinəsindən bələdiyyə icra aparatının saxlanmasına 32.215 manat, DƏDRX xidmətləri və büdcə rüsumlarına 8.734 manat pul vəsaiti köçürülmüşdür.

Salyan RİH -in tövsiyəsinə uyğun olaraq şəhərinin abadlığı ilə əlaqədar olaraq şəhərin ayrı-ayrı küçələrinin cari təmirinə 15.956 manat, şəhərin abadlıq-quruculuq, yaşıllaşdırma işlərinə  16.354 manat pul vəsaiti xərclənmişdir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, bu kateqoriyadan olan imkansız vətəndaşlara 2965 manat pul yardımı etmişdir.   

Görüşdə bələdiyyənin üzləşdiyi çətinliklərə toxunan sədr təssüflə qeyd edib ki, indiyə qədər şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların təsdiq olunmuş xəritəsi, əksər şəxsi evlərin şəhadətnamələri yoxdur.  

Şəhərin təmizliyi də bələdiyyəmizin gündəlik məşğul olduğu məsələlərdəndir. Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi, rayon kommunal müəssisəsi ilə birlikdə Kür çayı sahili ərazilər gündəlik zibillikdən təmizlənməsinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən Kür çayı sahilinə zibil tökülməsi davam edir.  Bundan başqa RİH-i tərəfindən ayrı-ayrı obyektlərin tikintisinə sərəncam verilərkən, obyektlərin 5 metr raidusda təmiz saxlanması sahibkarlara tapşırılmasına baxmayaraq, həmin ərazilərin ayrı-ayrı şəxslər tərəfindən zibillənməsi davam edir. Bu problemin həllində rayonun  sanitar-epidomoloji mərkəzinin  də üzərində müəyyən məsuliyyət yükü düşür.  

 Görüşdə bildirildi ki, şəhər qəbristanlığında RİH-in və şəhər bələdiyyəsi tərəfindən mütəmadi olaraq abadlıq-təmir işləri aparılır. Qəbristanlıqda abadlıq işlərinin görülməsi məqsədilə bələdiyyə tərəfindən oraya işçi-nəzarətçi təyin olunmasına baxmayaraq  ayrı-ayrı vətəndaşlar qəbristanlıqda mal-qara otarır, məişət tullantıları ilə zibilləyirlər ki, bu da dözülməz haldır.

Qeyd edildi ki, növbəti iclaslarında birində bu məsələnin ciddi şəkildə həll edilməsi üşün konkret addımların atılması qərara alınıb.

Görüşdə Əmlak Məslələri Dövlət Ximdətinin müvafiq qurumlarının bələdiyyənin müraciətlərinə etinasınz yanaşması, həmçinin ghöndərilən  bütün müraciətlrəin hər birinə demnək olar ki, imntina cavabı veriıməsi həm də bələdiyyəni vətəndaşla üz üzə qoyur. Elə bir təəsürat yaranır ki, guya bu  məsələlərə bələdiyyə problem yaradır. Halbuki bələdiyyə  sakinnin qaldırdığı problemin vaxtında həll edilməsi üçün var gücü ilə çalışır. Və bundan sonra da çalışacaqdır. Hər halda bu günlərdə yeni imzalanmış qərarın icrası ilə  ilə bağlı keçiriləcək görüşlərdə bələdiyyələri narahart edən hər bir məsələnin çözüləcəyi qərara alınıb.

Beləliklə, iştirakçılarının hər biri, o cümlədən biz də  görüşdə öz təklif və tövsiyələrimizi verməyi unutmadıq. Düşünmək olar ki, irəli sürülən hər bir təklif bələdiyyənin kollektivi tərəfindən ciddi şəkildə müzakirə edilərək icra ediləcək.

Bundan sonra bizə Salyan bələdiyyəsinə yalnız uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli 

Rəylər

1 Rəy

Tehran Ağabəyova

27-07-2025, 7 ay əvvəl

Uğurlu fəaliyyətinizə görə, sizlərə təşəkkür edirik!

Cavabla

Rəy yaz

Oxşar xəbərlər