Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-06-2025 , 21:26

1055

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Merlər Razılaşması təşəbbüsünə qoşulan Xırdalan bələdiyyəsində görüş keçirilib


Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsündə yaxından iştirak edən Xırdalan bələdiyyəsində proqramın Azərbaycan üzrə Milli eksperti Cahangir Əfəndiyev və ekspert, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professoru Nurməmməd Məmmədovla  görüş keçirilib.

Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov Merlər Razılaşması çərçivəsində görülən işlər və qarşıda dayanan vəzifələr barədə danışıb və prosesin sürətləndirilməsi üçün zəruri olan məsələlər barədə fikirlərini bildirib. 

Bələdiyyə sədri Abşeron rayon İcra Hakimiyyətinin Merlər Razılaşması çərçivəsində Xırdalan bələdiyyəsinə hərtərəfli dəstək verdiyini ifadə edib.

Anar Abbasov Xırdalan bələdiyyəsinin SECAP üzrə icra olunacaq fəaliyyətlərlə bağlı aydın yol xəritəsinə malik olduğunu bildirərək təmsil etdiyi şəhərdə yaşıl enerjiyə keçid, enerji effektivliyinin artırılması və emissiya qazının azaldılması ilə bağlı proqramın icrasında maraqlı olduqlarını deyib.

Anar Abbasov dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının təşəbbüslərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.

Ekspertlər Merlər Razılaşması təşəbbüsünün əsas hədəfləri və Xırdalan şəhərində seçilmiş ictimai binaların enerji auditinin həyata keçirilməsi qaydaları barədə məlumat veriblər.

Xırdalan bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər