Latviya səfiri: “Bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur”
COP29-un
uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edib
“COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik
edirəm. Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürümü
bildirirəm. Latviya ilə Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək
qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu
sayda səfərlər oldu, o cümlədən Latviya Parlamenti sədrinin, Parlament üzvlərinin
və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Həm Azərbaycanda, həm
də Latviyada bir çox mədəni layihələrin həyata keçirildiyinin şahidi olduq.
Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər
kəsə təşəkkür edirəm”.
Belediyye.info
AZƏRTAC-a istinadən
xəbər verir ki, bu sözləri
Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə keçirilən
rəsmi qəbulda Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya söyləyib.
Rəylər
0 Rəy