Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-11-2024 , 20:41

2284

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Latviya səfiri: “Bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur


COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edib

“COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edirəm. Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirirəm. Latviya ilə Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu sayda səfərlər oldu, o cümlədən Latviya Parlamenti sədrinin, Parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Həm Azərbaycanda, həm də Latviyada bir çox mədəni layihələrin həyata keçirildiyinin şahidi olduq. Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər kəsə təşəkkür edirəm”.

Belediyye.info AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya söyləyib.

 Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib: “Ticarət dövriyyəsi ötən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdır. Dövlətlərarası Komissiyanın gələn il keçirilməsi planlaşdırılır. Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük”.

 O öz ölkəsində və bütün regionda sülh və stabilliyin yanında dayandıqlarını və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
723

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
858

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
757

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
833

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
736

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
904

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1208