Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi şəhid anasının müraciətini yerinə yetirdi”
“Belə ki, Sabunçu rayonu Maştağa qəsəbəsi, Albalılı I yaşayış massivi, Hüseynbala Əliyev küçəsində yolun mövcud vəziyyətinin yaxşılaşdırılması ilə bağlı şəhid anası Abdullayeva Gülxar Ramazan qızının, o cümlədən ərazidə yaşayan sakinlərin kollektiv müraciəti bələdiyyə iclasında müzakirə olunaraq müsbət qərar qəbul edilmişdir”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədrin
sözlərinə görə, qəbul edilmiş qərara əsasən
qeyd olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir.
Görülmüş işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə hamarlanmış,
yol çuxurları karbonat materialı ilə möhkəmləndirilmiş, səviyyəsi bərabərləşdirilmiş və yol boyunca çınqıl
örtüyü yayılaraq hərəkət üçün yararlı vəziyyətə gətirilmişdir.
Sədr
daha sonra qeyd edib ki, aparılmış təmir işləri nəticəsində küçədaxili yolun
texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, piyadaların və nəqliyyat
vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunmuşdur.
Maştağa bələdiyyəsi tərəfindən bundan sonra da bələdiyyə iclasında təsdiq
edilmiş proqrama əsasən ərazidə abadlıq və infrastrukturun
yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy