Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2024 , 08:24

4956

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şəxsiyyət

 Bu gün onun günüdür. O insanın ki, beş il ərzində bələdiyyə sahəsində islahatlar aparmaqla yenilklərə imza atmağı bacarıb.

Söhbət çoxsaylı layihələri həyata keçirməklə, rəhbərlik etdiyi kollektivi bir yumruq şəkildə birləşdirməklə, qarşıya qoyulan məqsədə nail olmağı bacaran, rəhbərlik etdiyi bələdiyyənin əvvəlki illərdə yığılıb qalmış neqativi aradan qaldırmaqla, ölkənin birinci şəxsinin verdiyi səsin məsuliyyətini dərk edən Səbail Bələdiyyənin sədri Hacı Əliyevdən gedir.

Əlavə edim ki, az vaxt ərzində tanıdığım Hacı Əliyevin bələdiyyə sahəsində belə dəyişikliyə nail olmasının bir səbəbi də onun illər boyu insanlarla işləməsi olub.

Dəyərlərə daim  hörmətlə yanaşan, ətrafındakı insanlara mənəvi qida verməyi bacaran, əldə etdiyi təcrübəni ürəklə, qısqanmadan gənclərə paylaşan Hacı müəllimin həm də “yeddi arxa dönənini” tanıması da əsas rol oynayıb. İş ondadır ki, bu gün yalnız öz söy-kökünü tanımaqla, ona bağlı olanlar cəmiyyətdə Hacı müəllim kimi nüfuz sahibi ola bilirlər.

Yeri gəlmişkən,  bu gün Hacı müəllim də özünün yeddinci onilliyinin hesabatını verir.  Görünən odur ki, ötüb keçən illərə baxanda onun hədər yerə yaşamadığının biz də şahidi oluruq.

Haqqında saatlarla danışmaq, səhifələrlə yazmaq olar. Ancaq bu gün bir sözlə onun fəaliyyətinə qiymət vermək olar: şəxsiyyət.

Bəli, bu gün bələdiyyə sisteminin də belə şəxsiyyətlərə çox ehtiyacı var.

Belə bir əziz gündə dəyərli insana ancaq sağlam həyat arzulamaqla, bələdiyyə sisteminə daha böyük töhfələr verməyi arzu edirəm.

Hörmətlə Vüqar Töfiqli.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
744

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
819

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
726

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
896

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093