Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-05-2024 , 09:28

4736

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İctimai Birlik “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda layihənin icrasına start verib

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda layihənin icrasına start verib. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

Sədrin sözlərinə görə, layihənin əsas məqsədi bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Bələdiyyə idarə edilməsi metodları mövzusunda Qax rayon bələdiyyələri ilə keçiriləcək silsilə  görüşlər bələdiyyələrin öz işlərini müasir standartlara uyğun qurmasına səbəb olacağına əmin olduğunu qeyd edən Vüqar Cəfərov layihə çərçivəsində həm ölkə bələdiyyələrinin 25 illik fəaliyyətindən, o cümlədən  də Qax rayon bələdiyyələrinin  25 il ərzində həyata keçirdiyi layihələrə həsr olunan hesabat xarakterli kitabçalar (foto-albom formatında) və bələdiyyə-vətəndaş münasibətlərindən bəhs edəcək buklet hazırlanacaq ki, bu da bələdiyyələrin vətəndaşlar qarşısındakı vəzifələrini və vətəndaşların bələdiyyələr qarşısındakı öhdəlikləri haqqında vətəndaşların geniş məlumat əldə etməsinə səbəb olacaqdır.

Bu layihə ümumi olaraq Qax rayonunda formalaşan bələdiyyələri əhatə edəcəkdir. Bu rayon bələdiyyələri üçün görüləcək fəaliyyət Qax bələdiyyələrinin üzləşdiyi bir sıra problemlərin, xüsusən də bələdiyyə-vətəndaş münasibətlərində yaranan problemlərin aradan qaldırılmasına səbəb olacaq və nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə təkan vermiş olacaqdır.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
620

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
477

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
445

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
352

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
527