Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-04-2024 , 19:59

5671

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “ Borcumuzu sildik, hətta bələdiyyənin DSMF-yə 3 min manatdan artıq ödəməsi var”

“Şirvanlı bələdiyyəsinin DSMF-yə yaranmış borcunu  cari ilin mart ayında bağlaya bildik"- bu fikirləri Belediyye.infoya Bərdə rayonu Şirvanlı Bələdiyyəsinin sədri İldırım Quliyev bildirib.

"Müxtəlif səbəblərdən yaranmış borc pandomiya dövründə də bir xeyli artaraq 13.868 manatı keçmişdi. İlk gündən əsas məqsədimiz bu borcu bağlamaq idi.  Deməliyəm ki,  2005-cü ildən  sədr kimi çalışdığım bələdiyyənin bu borcunun bağlanılması çətin olsa da artıq onu həll etməyimiz bələdiyyənin uğuru kimi qiymətləndirilməlidir” - bu fikirləri söyləyən sədr daha sonra Bərdə Regional Ədliyyə İdarəsinin də mütəmadi olaraq bələdiyyələrə ünvanladığı tövsiyə məktublarının da fəaliyyətə müsbət yöndə təsir etdiyini qeyd edib.  Bu gün  DSMF-yə bələdiyyənin  3000 manatdan artıq ödəməsi var.

Şirvanlı Bələdiyyəsi olaraq hər zaman  Bərdə Rayon İcra Hakimiyyətinin  və Bərdə Regional Ədliyyə İdarəsinin dəstəyini görsək də, bu fikirləri digər orqanlara demək  mümkün deyildir. Sahibkarlıq fəaliyyətiylə və yaxud vətəndaşa həyətyanı torpaq sahəsin ayrılmasıyla bağlı bir çox hallarda lazımlı və lazımsız sənədlərin tələb edilməsi, üstəlik prosesin aylarla və illərlə davam etməsi ümumi işimizə ciddi problem yaradan amillərdəndir. Bütün çətinliklərə baxmayaraq Şirvanlı Bələdiyyəsinin əsas fəaliyyət istiqamətləndən biri də  vergi ödəyiciləriylə görüşlərin keçirilməsidir.

Hər halda çalışrıq ki,  seçicilərimizə  verdiyimiz sözü tutaq və onalrın  qaldırdığı bütün məsələlərin həllinə nail olaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
524

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
529

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
729

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
560

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
770