Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-03-2024 , 21:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Elmira Əliyeva: “Ərazidə 1800 -ə yaxın sənədsiz əmlakın olması bələdiyyənin büdcə gəlirlərinə ciddi şəkildə təsir edir”

“Bu gün rəhbərlik etdiyim bələdiyyənin başlıca məqsədi vətəndaş məmnunluğunu təmin etməyə çalışmaqdır”- bu fikirləri Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri Elmira Əliyeva bələdiyyə qulluqçularının iştirakıyla keçirilən görüşdə bildirib.

Görüşdə sədr bildirib ki, hazırda ərazidə olan 4.893 vergi ödəyicisinin məlumatları BAMS-a daxil edilib. Ərazidə 1800 -ə yaxın sənədsiz əmlakın olması bələdiyyənin büdcə gəlirlərin ciddi şəkildə təsir edir. Çətinliyə baxmyaraq 2020-ci illə müqayisədə büdcə gəlirlərində 15 faizlik artım müşahidə olunub. Belə ki, 2020-ci ildə Sahil bələdiyyəsi 61.567 manat əldə etmişdisə, bu rəqəm ötən il 71.577 manata bərabər olub. 

Bununla yanaşı bələdiyyənin əsas maliyyə istiqaməti olan əmlak vergisinin yıgımında bir xeyli irəliləyiş əldə olunub. Belə ki, əgər 2020-ci ildə bələdiyyəyə əmlak vergisindən 48.000 manat vəsait daxil olmusdusa, 2023-cü ildə bu rəqəm 56.437 manata bərabər olub. Bu da büdcə gəlirinin 78 faizi deməkdir.

Büdcə gəlirini artırmaq üçün bələdiyyənin vergi xidməti ciddi şəkildə çalışır. Belə ki, bir tərəfdən vergi ödəyiciləriylə görüşlər keçirilir, izahat işləri aparılır, digər tərəfdən borcu ödəməyənlər barədə isə protokol tərtib edilərək icra-probasiya şöbəsinə göndərilir. Son dörd il ərzində icra-probasiya şöbəsinə 180 akt göndərilib. Bu aktlardan bələdiyyə büdcəsinə 10 min manata yaxın vəsait daxil olub. Hazırda 35 akt üzrə olan borcu həcmi 2400 manata yaxındır.

Sədr bildirib ki, BAMS-in Əmlak Məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi  fəaliyyətimizə müəyyən təsiri artıq hiss edilməkdədir. Proqram yenilənir, təkmilləşdirilir,  bələdiyyənin  istər Azərbaycan Milli Bələdiyyə Assosiasiyası, istərsə də “Bələdiyyələrin onlayn xidmət” mərkəzi ilə əməkdaşlıq əlaqələri yüksək səviyyədə qurulub və proqramla bağlı qarşılaşdığımız problemlər tez bir zaman kəsiyində öz həllini tapır.

Sadəcə bu günədək xəritələrin təqdim edilməməsi fəaliyyətimizə ciddi problem yaradır. Üstəlik ərazimizdə fikizi şəxslərə məxsus obyektlərin həm əmlak , həmdə torpaq vergisinin yığımında müəyyən qurumların müdaxiləsi etiraf edək ki, problem yaradır.

Görüşdə həmçinin “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli də iştirak edib. Bir çox məqamlara toxunan VüqarTofiqli sonuncu problemlə bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, bununla bağlı  Dövlət Vergi Xidməti ötən illərdə açıqlama paylaşmışdı. Açıqlamada  xüsusi olaraq qeyd edilirdi ki, “mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxslər öz mülkiyyətində olan daşınmaz əmlaklara görə əmlak vergisini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayıb bələdiyyə büdcəsinə ödəyirlər”. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024