Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2024 , 23:42

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Neqativi pozitivə çevirməyi bacaran Səbail Bələdiyyələri 

Bələdiyyələri ziyarətə davam edirəm. Dünən xəbər etmədən növbəti səfərimi Badamdar bələdiyyəsinə  etdim. İlk olaraq deyim ki, özünə məxsus binada fəaliyyət göstərən Badamdar bələdiyyəsi binasının fasadına əl gəzdirib. Və səliqəli şəkildə. 

Vergi xidmətinin əməkdaşları ciddi şəkildə müzakirə etdiklərinin, gənc və perspektivli gənclərin  bildirişləri yerbəyer etdiklərinin, sədrin isə  sakit şəkildə  öz otağında müavin və baş mühasiblə birgə fikir mübadiləsi apardıqlarının şahidi oldum. Kollektiv gəlişimi gözləmədiklərindən bir qədər çaş-baş qalmışdı. Sədr Təzəxan Məmmədov isə həmişəki kimi təmkinini pozmur və dərhal görülən işlər, həyata keçirdikləri layihələrdən söz açmaga başladı. Lakin vətəndaşın otağa gəlməsi söhbətimizi yarımçıq qoydu. Vətəndaşın qaldırdığı problemin həlliylə məşğul olduğundan mən gənc bələdiyyə qullquçularıyla söhbət edəsi oldum. Çox maraqlı söhbətim oldu. İşlərinə məsuliyyətlə yanaşdıqlarını gördüm. 

Hər iki qulluqçu ali məktəbi yenicə bitirib. Onlara ünvanlanan suallara həvəslə cavab verir, hətta hiss olunurdu ki, məsələnin xırdalığınadək bilirlər. Vətəndaşı narazı salmamaqla, bildirişi təqdim etməyi və nəticədə  vergini almağın prosedur qaydalarını artıq mənimsəyiblər. 

Maraqlı məqam onda idi ki, bu gənclər BAMS-ın Əmlak məsələləri Dövlət xidmətinin məlumat sisteminə inteqrasiya edilməsindən razılıq edirdilər. Az müddət ərzində artıq bələdiyyənin müəyyən mənada büdcə gəlirlərində  artım olduğunu dilə gətirdilər.  Bələdiyyənin sədr müavini və baş mühasibi isə işçilərinin suallara cavabından məmnunluqla qulaq asır və arada əlavələrini etməyi unutmurdular. 

Sözsüz ki, bu proses barədə ilkin təəssüratım ondan ibarət oldu ki  deyim: sədr Təzəxan Məmmədov  bələdiyyədə vergi-uçot sistemini vergi xidməti əməkdaşlarıyla birgə tələb olunan səviyyədə qurmağa nail ola bilib. 

Beləliklə, etiraf edək ki, son beş ildə Badamdar bələdiyyəsinin inkişafi, ən əsası qəsəbədəki nüfüzunun bir xeyli müsbət istiqamətdə dəyişdiyinin şahidi oluruq.

Ən maraqlı məqam isə ziyarət zamanı  Səbail bələdiyyəsində Bibiheybət bələdiyyəsinin fəaliyyətinə həsr olunan  görüşün keçiriləcəyini öyrənirəm. Və mən də onlara qoşulub görüşə gedirəm. 

Görüş barədə fikrimi belə ifadə edərdim: 

Görüşün aparıcı siması olan Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev  bələdiyyədə qurduğu sistemə uyğun olaraq tədbiri də yüksək səviyyədə apardı. Diqqətimi çəkən iki məqamı vurğulamağı özümə borc bilirəm.

Birincisi, belə bir tədbirdə Səbail RİH-in birdən-birə iki şöbə müdirinin iştirak etməsiydi. Üstəlik də birinin yüksək səviyyədə çıxış etməsi rayonda bələdiyyə-icra münasibətlərinin düzgün və sivil müstəvidə qurulduğundan xəbər verir. Hər halda ilk 15 illik bir dövrdə daim adı neqativ məqamlarla birgə çəkilməsindən hazırda az vaxt ərzində təcrübəsi yayıla biləcək bir vəziyyətə gətirilməsində həm Səbail RİH başçsının, həm də  başda Səbail bələdiyyəsinin sədri olmaqla hər bir bələdiyyə sədrinin və qulluqçusunun xidməti danılmazdır. 

İkincisi isə, rayonda olan üç bələdiyyənin həm sədrlərinin, həm də bələdiyyə qulluqçularının bir-biriylə səmimi münasibətdə olması hər halda tədbirin gedişində açıq-aydın hiss olunurdu.

Bir daha belə nəticəyə gəlirəm ki, bələdiyyə sədri yerində olarsa həm bələdiyyənin kollektivi, həm də vətəndaşlar qazanır, vətəndaş məmnunluğu təmin olunar, yekun olaraq bələdiyyənin ərazidə çəkisi və nüfuzu artır. 

Bu məqamda isə bizə Səbail bələdiyyələrinin kollektivlərinə yalnız uğurlar arzulamaq qalır. 

P.S. Ziyarətdən və görüşdən gözləmədiyim zövqü aldığımdan  özüm hər hansı formada şəkil belə çəkməyi unutdum 

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024