Dəmir yolunun lap kənarında təhlükə saçan tiklilər sökülməlidir -AÇIQLAMA
Ramin Hüseynov: “Əldə edilən maliyyə vəsaitinin 41 faizi layihələrin icrasına yönəldilib”
Tüləkəran bələdiyyəsi növbəti layihənin icrasına başlayıb
Gədəbəy bələdiyyəsinin növbəti iclası keçirilib
Büdcə gəlirimizi 79 faiz artıra bilmişik
Sumqayıtda Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirilib
Bu bələdiyyədə Milli Mətbuat Günü ilə bağlı görüş keçirilib
Xızı RİH-də yarpaq tökümü davam edir, vakant yerlərin sayı yeddiyə çatdı
Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI
22 İyul – Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təbrik
İsrafil Hüseynov: “Vergilərin vaxtında ödənilməsi sakinlərin problemlərinin həlli deməkdir”
Yerli icra hakimiyyətləri arxivə qovuşacaq - EKSPERT RƏYİ

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Əmlak vergisini kim və nə qədər ödəməlidir?
Mühasibləri, eləcə də fiziki şəxsləri maraqlandıran məsələlərdən biri də əmlak vergisinin hesablanması, hesabatların hazırlanmasıdır. Vətəndaşların və hüquqi şəxslərin əmlakla bağlı öhdəliklərinə dair “vergiler.az”ın suallarına maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir:
Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, əmlak vergisinin vergitutma obyektləri aşağıdakılar sayılır:
rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər;
Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər.
Fiziki şəxslərin əmlak vergisi yerli vergilərə, fərdi sahibkarların və hüquqi şəxslərin əmlak vergisi isə dövlət vergilərinə aid edilir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bunun üçün xüsusi mülkiyyətdə olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən vergi dərəcələri tətbiq olunur:
Bakı - 0.40 manat/kv.m.
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu - 0.30 manat/kv.m.;
digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri - 0.20 manat/kv.m.;
rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə - 0.10 manat/kv.m.
Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hesablanarkən aşağıdakı dərəcələr tətbiq olunur:
su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat;
hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat;
mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.
Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin Vergi Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Həmin maddəyə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:
Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.
Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.
Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir. Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəməlidirlər.
https://vergiler.az/news/opinion/27411.html
Manaf Manafov: “Xalqımız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə...."
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Mehmanxana ödənişlərinin 83 faizi paytaxt bələdiyyələrinin üzərinə düşür
Ötən il bələdiyyə müəssisələrindən nə qədər mənfəət vergisi daxil olub?
Təmraz Tağıyev: “Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir”
Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü..
Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Siyavuş Novruzov: Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq
Bələdiyyələrlə iş baş idarəsi tərəfindən videokonfrans formatında seminar-təlimlər keçirilib
“Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrasına start verilib
QHT Qəbələdə rayonunda tarixi-mədəniyyət abidələrin təbliğində bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək
Qarabağ regional ədliyyə idarəsində bələdiyyə sədrləri və üzvləri üçün seminar keçirilib
Rəylər
0 Rəy