Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2023 , 10:33

2781

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Hər bir Qərbi Azərbaycanlı Vətənimiz İrəvana, Zəngəzura, Göyçəyə, Hamamlıya  qayıtmağa hazır olmalıdır

“Ötən əsrdən başlayaraq müxtəlif  zaman kəsiyində Ermənistan rəhbərilyi tərəfindən Qərbi Azərbaycan toponimlərinin dəyidirilərək erməniləşdririlməsi Azərabycanlılara qarşı atılan genosidin tərkib hissəsi hesab edilməlidir”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin, habelə “Qərbi Azərbaycan” İcmasının Nərimanov təşiklatının sədri  Təmraz Tağıyev Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən  ictimai dinləmədə çıxışı zamanı bildirib.

Bu gün hər bir Qərbi Azərbaycanlı Vətənimiz İrəvana, Zəngəzura, Göyçəyə, Hamamlıya  qayıtmağa hazır olmalıdır. Hər birimiz çalışdığımız sahədən asılı olmayaraq bu ideya ətrafında birləşməli və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun addım atmalı və doğma torpaqlarda yaşamağa hazır olmalıdır.

Oktyabrın 31-də Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmənin mühüm əhəmiyyətindən danışan Təmraz Tağıyev  bu günlərdə iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinin mühüm addımından danışıb.    “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci Sessiyası bir daha əyani şəkildə göstərdi ki, biz daim erməni tərəfinin heç bir məntqə sığmayan mənasız hərəkətlərinə cavab verməyə hazır olmalı sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq son anda sessiyanın gündəliyinə salınmış “Qarabağ və ətraf şəhərlər və regionlarda humanitar vəziyyətə dair Bəyanat”da “Dağlıq Qarabağ”, “etnik təmizləmə”, “emənilərin mədəni və dini irsinin qorunması” və bir neçə bu tip müddəalar sənəddən çıxarıldı.

Qeyd edək ki, dünən keçirilən dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, AMEA-nın, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclis yanında Toponimiya Komissiyasının, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquqşünas alim və tədqiqatçılar, həmçinin bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
396

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
424

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
564

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
535

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
815