Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2023 , 23:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vüqar Tofiqli: “Ekoloji problemlərin bir çoxuna bələdiyyə sədrlərinin iştirakıyla keçiriləcək görüşdə aydınlıq gətirilməlidir”

Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşəbbüsü ilə  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin  sədri, Belediyye.info resursunun təsisçisi  Vüqar Tofiqli ilə görüş keçirilib.

Agentliyin inzibati binasında keçirilən görüşdə Dövlət Ekoloji Ekspertiza Agentlİyinin təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov,  təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Şəbnəm Nağıyeva və informasiya təminatı üzrə aparıcı mütəxəssis Elnur Ağayev iştirak edib.

Görüşdə bələdiyyələri narahat edən məsələlər əsas müzakirə obyekti olub.

Bələdiyyələrin müraciətlərinə əsasən müxtəlif istiqamətdə rəylərin verilməsində yaranan probemlər, bələdiyyələrə  haqsız yerə cərimə  yazılması, bələdiyyələrdə maarifləndirmə xarakterli görüşlərinin təşkili, təsdiq edilən normativ-aktlarda müəyyən hüqiqi boşluqların olması  müzakirə edilən məsələlər sırasında olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən  “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində Oğuz, Şəki, Qax və Zaqatala rayonlarında  bələdiyyə sədrlərinin iştirakıyla keçirilən görüşlərdə ekoloji problemlərlə üz-üzə qalan bələdiyyələrin ciddi şəkildə mənəvi dəstəyə və hüquqi yardımın göstərilməsinə ehtiyac olduğunu bildirən Vüqar Tofiqli qarşıda görüləsi işlərin, həyata keçirilməli olan layihələrin çöx olduğunu xüsusi ilə vurğulayıb. Bütün müraciətlərin “bir pəncərə sistemiy”lə keçirilməsinə üstünlüyün verilməsinin zəruriliyinə toxunan QHT sədri bildlirb ki, hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi bələdiyyələri bir strukrtur olaraq tanısa da, onlara daha  çox cərimə kəsməsiylə yadda qalması təəssüf doğurur.  Düşünmək olar ki, ekoloji problemlərin bir çoxuna bələdiyyə sədrlərinin iştirakıyla keçiriləcək görüşdə aydınlıq gətirilməlidir.

Dövlət Ekoloji Ekspertiza Agentlİyinin təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov görüşdə  səlahiyyəti çərçivəsində bır sıra məsələlərə aydınlıq gətirilməli olduğunu və bu məqsədlə bələdiyyə sədrlərinin iştirakıyla görüşlərə start veriləcəyini və bir sıra ciddi məsələlərin  məhz həmin görüşdə müzakirə ediləcəyini vurğulayıb.

Görüşdə iştirak edən təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Şəbnəm Nağıyeva və informasiya təminatı üzrə aparıcı mütəxəssis Elnur Ağayev bir sıra vacib məsələlərə öz fikir və münasibətlərini bildiriblər.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi,  həyata keçirilən layihələrin ictimailəşdirilməsinə dəstək göstərilməsi qərara alınıb.

P.S. Görüşün təşkilində göstərdiyi dəstəyə görə agentliyin əməkdaşı Elnur Ağayevə təşəkkürümü bildirirəm.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bakıda 30 hektarlıq yeni park salınır

Gündəlik Xəbərlər
15-03-2024

Şüvəlan bələdiyyəsindən humanist addım

Gündəlik Xəbərlər
05-03-2024