Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-03-2024 , 10:18

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Neftcala  şəhərində seminar müşavirə keiçirilib

Martın 12-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Neftcala rayonu ərazisində yerləşən Neftcala, Həsənabad, Boyat, Yenikənd, Yuxarı Qaramanlı, Tatarməhlə, Xıllı, Yeniqışlaq, Qaraqaşlı, Xol Qarabucaq, Xol Qaraqaşlı, Qırmızıkənd, Qacaqkənd, Xəzər, Aşağı Surra, Qədimkənd, Aşağı Qaramanlı bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn məsələlər”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamından irəli gələn məsələlər”, “Yerli özünüidarənin həyata keçirilməsində etik davranış qaydalarına əməl olunmasının insan hüquqlarının müdafiəsində əhəmiyyəti”, “İnzibati nəzarətin həyata keçirilməsi məqsədi ilə bələdiyyə aktlarının hüquqi ekspertizası zamanı müəyyənləşdirilən xarakterik qanun pozuntuları, onların aradan qaldırılması və qarşısının alınması”, “Korrupsiya hüquq pozuntularının aradan qaldırılmasının əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəlməsində əhəmiyyəti”, “Əməyin mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri”, “Bələdiyyələr tərəfindən yaradılan müəssisələrin yerli büdcəyə mənfəət vergisi ödəmək vəzifəsi, mənfəət vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə”, “BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiyası ilə bələdiyyələrdə yerli vergilər üzrə tam və dəqiq uçotun qurulması üçün yaradılan imkanlar barədə”, “Bələdiyyə aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının zəruriliyi”, “Bələdiyyələrin ərazilərində yerləşən su təsərrüfatı obyektlərinin istifadəsi və onların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələbləri” mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin böyük məsləhətçisi Məqsəd Abdin, iqtisadçı (məsləhətçi) Cavanşir Şükürovu və baş mütəxəssis Lalə Atakişiyevanı seminar iştirakçılarına təqdim etdi. Sonra M.Abdin, C.Şükürov və L.Atakişiyeva mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

Mövzular ətrafında  Yuxarı Qaramanlı bələdiyyəsinin sədri Xanım Kərimova, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.