Xətai Bələdiyyəsi 3 saylı uşaq evi sosial xidmət müəssisəsində Novruz şənliyi keçirib
Novruz bayramı münasibətilə Xətai rayon icra Hakimiyyətinin təşəbbüsü və Xətai Bələdiyyəsinin təşkilatçılığı ilə rayondakı 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirilib.
Bu barədə məlumat Xətai Bələdiyyəsindən daxil olub.
Sosial xidmət müəssisəsinin sakinlərini bayram münasibətilə təbrik edən Xətai bələdiyyəsinin sədr müavini Nərminə Hacıyev və rayon icra hakimiyyəti aparatının ictimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin əməkdaşları ölkəmizdə uşaqlara gostərilən dövlət qayğısı, torpaq, Vətən sevgisi, tarixi Zəfərimiz haqda danışıblar.
Tədbirdə bələdiyyə
üzv və qulluqçuları Rasim Məmmədov, Fəridə Zeynalova, Bəxtiyar Sultanov iştirak
ediblər. Sonra internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs
nümunələri, şerlər, musiqilər, novruz adət- ənənələrindən bəhs edən səhnəciklər
nümayiş olunub.
Görüşün
sonunda uşaq evinin sakinlərinə Xətai Bələdiyyıəsi tərəfindən hazırlanan hədiyyələr paylanılıb.
Qeyd edək ki, Xətai Bələdiyyəsi daim 3 saylı uşaq evinin sosial xidmət müəssisəsinin sakinlərini diqqətdə saxlayaraq öz qayğısını göstərməkdədir.
Belediyye.info