Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-03-2024 , 13:10

3601

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədrlərinin diqqətinə: FƏALİYYƏTİNİZİ TƏBLİĞ EDİN

 Ötən həftə iki - Sabunçu və Şüvəlan bələdiyyəsini  hər hansı formada xəbər etmədən ziyarət etdim. Etiraf edim ki, bu qədər məlumat əldə edəcəyimi gözləmirdim.  Hər iki bələdiyyədə kollektivin saat mexanizmi kimi işlədiyinin şahidi oldum.

Sabunçu bələdiyyəsində il ərzində ciddi layihələrin icra edildiyinin, subvensiya layihəsi çərçivəsində qəbirstanlıqlda əsaslı təmir işlərininin aparıldığının, hətta dayanıqlı maliyyə mənbəyi yaradıldığını öyrəndim.

Şüvəlan bələdiyyəsində isə  vətəndaş qəbulunun şahidi oldum. Bələdiyyə sədrinin və kollektivin üzvlərinin vətəndaşlarla  necə həssaslıqla yanaşdığını yaxından izləməli oldum. Hətta məndə ürəklənib öz tövsiyələrimi verməyi unutmadım.

Hər iki halda bələdiyyə sədrlərinin vahid komanda yaratdıqlarının gördüm. Ancaq həmin gün eyni vaxtda sadəcə test olaraq dörd bələdiyyə sədrinə votsap vasitəsiylə yazdığım eyni məzmunda olan müraciətə təxminən eyni məzmunlu cavab almağıma sadəcə təəssüflənməyə bilmirəm.  Müraciətimdə isə əvvəlcədən bələdiyyəni ziyarət edəcəyimi yazmışdım. Olsun. Hər halda uzun illərdən bəri tanıdığım insanlardan bu cür cavabı, etiraf edim ki, gözləmirdim. Nə isə...

Dostlar, biz fəaliyyətimizi təbliğ etməsək, biləsiniz ki, heç kim bunu sizin əvəzinizdən etməyəcək. Konkret.

Gəlin fəaliyyətimizin hər addımını belə təbliğ edək,  vətəndaşlarda  və ən əsası seçiciləriniz də fəaliyyətinizdən xəbərdar olub vergilərinizi də vaxtında ödəsin.

Bələdiyyələri xəbər etmədən ziyarət etməkdə isə davam edəcəyik.

Ziyarətində olduğum, lakin ad çəkmədiyim digər bələdiyyələrdə də maraqlı hadisələrin şahidi olmağıma isə hələ toxunmuram. 

Vüqar Tofiqli 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
609

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
521

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
462

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
719

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
867

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
785

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
953