Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2023 , 19:48

3516

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

2023-cü  ilin yanvar-mart aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında

2023-cü  ilin yanvar-mart aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında

Məhsul buraxılışı. 2023-cü ilin yanvar-mart aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, turistlərin yerləşdirilməsi) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 698,4 faiz artaraq 115631,0 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 4032,2 manat təşkil etmişdir.

2023-cü ilin yanvar-mart ayları üzrə məhsulun  1117,3  min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda,  1193,2 min manatı sənayedə,  110531,9 min manatı tikintidə, 27,0  min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 1379,4 min manatı topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində, 1382,2 min manatı isə turistlərin yerləşdirilməsi sahəsində olmuşdur

İqtisadiyyatda muzdla çalışan işçilər və əməkhaqqı barədə. İşləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali Şuşa rayonunda 01 aprel 2023-cü il tarixinə 15 və yuxarı yaşda olan rayon əhalisinin 74,5  faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 93,0 faiz, işsizliyin səviyyəsi 7,0 faiz olmuşdur.

2023-cü ilin yanvar-mart ayları ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 804,1 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 21,8 faiz artmışdır.

Yeni iş yerləri haqqında.  2023-cü ilin yanvar-mart ayları ərzində rayonda 18 vahid yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 18-i də mövcud müəssisələrdədir.

Sənaye. Rayon üzrə sənaye təşkilatlarının 2023-cü ilin yanvar-mart ayları ərzində öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 1193,2 min manat olmuşdur ki, bu da 2022-ci ilin yanvar-mart aylarına nisbətən 405,8 min manat və ya 151,5 faiz çox olmuşdur.

Sənaye təşkilatlarında 2023-cü ilin yanvar-mart aylarında 121 nəfər çalışmışdır. Onlara 525,5 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1451,6 manat olmuşdur.

2023-cü ilin yanvar-mart ayları ərzində əsas kapitala investisiya yönəldilməmişdir.

Tikinti. Rayon üzrə tikinti təşkilatları tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində tikinti quraşdırma işləri 110531,9 min manat olmuşdur ki, onun da 109872,1 min manatını dövlət mülkiyyəti, 659,8 min manatı isə qeyri-dövlət mülkiyyəti üzrə yerinə yetirilmişdir.

2022-ci ilin yanvar-mart aylarında tikinti işlərinin  dəyəri 13574,6 min manat olmuşdur. 2023-cü ilin yanvar-mart ayları ərzində yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcmi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 96957,3 min manat, yəni 814,3 faiz artmışdır.   

2023-cü ilin yanvar-mart ayları ərzində əsas kapitala 110934,3 min manat investisiya yönəldilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 01 aprel 2023-cü il vəziyyətinə Şuşa rayonunda 2146,5 hektar əkin sahəsi əkilmişdir ki, bundan da 2090,3 hektarı payızlıq, 56,2 hektarı yazlıq əkin sahəsidir. Payızlıq əkin sahəsinin 744,9 hektarı buğda, 1232,8 hektarı arpa, 112,6 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 15,0 hektarında tərəvəz, 3,0 hektarında dən üçün qarğıdalı, 1,2 hektarında kartof, 37,0 hektarında isə ərzaq üçün bostan bitkiləri əkilmişdir.

Yazlıq əkin hal-hazırda davam edir.

 01 aprel 2023-cü il vəziyyətinə heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında 4803 baş iribuynuzlu mal-qara, o cümlədən, 2346 baş inək və camış, 35155 baş qoyun və keçi mövcud olmuşdur.

01 aprel 2023-cü il vəziyyətinə mövcud olan mal-qaranın baş sayını ötən ilin müvafiq dövrü  ilə müqayisə etsək görərik ki, keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qara 2,2 faiz, o cümlədən, inək və camış 3,0 faiz, qoyun və keçilər isə 3,1 faiz azalmışdır.

2023-cü ilin yanvar-mart ayları ərzində ət istehsalı 1028,0 sentner (diri çəkidə), süd istehsalı 5280,0 sentner, yumurta istehsalı 312,0 min ədəd olmuşdur. 2022-ci  ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 4,0 sentner, süd istehsalı 2,0 sentner, yumurta istehsalı 3,0 min ədəd artmışdır.

2023-cü ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 1117,3 min manat olmuşdur ki, bu da 2022-ci ilə nisbətən 129,8  min manat, yəni 13,1 faiz artmışdır.  

Əhalinin kənd təsərrüfatına olan marağının nəticəsidir  ki, bəzi çətinliklərə baxmayaraq  rayonun  əhalisi  bu  sahəni  daha  yüksək  inkişaf  etdirməyə çalışırlar. 

Nəqliyyat və anbar təsərrüfatı.  2023-cü ilin yanvar-mart ayları ərzində nəqliyyat və anbar təsərrüfatı müəssisələrində göstərilmiş xidmətlərin həcmi 27,0 min manat, başqa sözlə 2022-ci ilin yanvar-mart aylarına nisbətən 64,5 faiz  az olmuşdur.

Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri. 2023-cü ilin yanvar-mart ayları ərzində əhaliyə göstərilmiş ticarət və ödənişli xidmətlərin həcmi 1379,4 min manat təşkil etmişdir.

Turistlərin yerləşdirilməsi.  2023-cü ilin yanvar-mart ayları ərzində turistlərin yerləşdirilməsi sahəsində görülmüş işlərin dəyəri 1382,2 min manat təşkil etmişdir ki, bu da 2022-ci ilin yanvar-mart aylarına nisbətən 1202,0 min manat və ya 667,0 faiz çox olmuşdur.

 Anar  Xəlilov                                    

 Şuşa Rayon Statistika İdarəsinin rəisi    

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
486

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
475

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1103