Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-04-2023 , 06:31

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xətai rayonunda  “Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq!” adlı tədbir keçirilib

Xətai rayonunda  “Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq!” adlı tədbir keçirilib. 

Tədbirdə Xətai  bələdiyyəsinin sədr müavini, Gender komisiyansının sədri Nərminə Hacıyeva iştirak edərək geniş məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən naitqlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırıblar. Dinləyicilərə məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2010-cu il tarixli qanunu barədə də məlumat verilib. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Dinləyicilərə məişət zorakılığı ilə qarşılaşdıqları təqdirdə müraciət edə biləcəkləri orqanlarla bağlı məlumat da verilib. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hümbət Hüseynovu fərqləndirən cəhətlər

Gündəlik Xəbərlər
02-12-2023

Şuşa rayonu üzrə payızlıq əkin davam edir

Gündəlik Xəbərlər
01-12-2023

Bələdiyyələr nə qədər gəlir əldə edib?

Gündəlik Xəbərlər
30-11-2023