Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-04-2024 , 21:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov:  ""Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Vəndam bələdiyyəsində fəaliyyət proqramı təsdiq edilib"  

"“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ RİH -in təşəbbüsü və Vəndam Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində növbəti ağacəkmə aksiyası keçirilib"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Asif Həşimov bildirib. 

Vəndam Qəsəbə Ərazi Nümayəndəliyinin rəsmilərinin, bələdiyyə üzv və qulluqçularının, könüllülərin və sakinlərin iştirak etdiyi aksiya  "DƏŞMİR" və "RÜSYAN" qəbiristanlıqlarının ərazilərində həyata keçirilib. Ağacəkmə aksiyasında  520 küknar ağac əkilib.

Əkilən tinglər suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyasında qəsəbənin din xadimləri də  iştirak ediblər.

Yaz-yay  mövsümü ərzində qəsəbənin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub. 

Sədr bildirib ki,  “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində qəsəbə bələdiyyəsinin müvafiq komissiyasının təklifləri əsasında xüsusi proqram  bələdiyyə iclasında müzakirə edilərək  təsdiq edilib. "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanan fəaliyyət proqramında il ərzində yaşıllıqların salınması, mövcud olanlara xidmətin göstərilməsi, habelə ərazidə iməciliklərin keçirilməsi və digər məsələlər salınıb.  

Belediyye.info


Rəylər

2 Rəy

Oqtay Nagiyev

24-04-2024, 1 ay əvvəl

Supper Cox sag olun.

Cavabla

Əsiylə Həşimova

25-04-2024, 1 ay əvvəl

“Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Vəndam Bəlıdiyyəsinin təşkilatçılığı ilə Vəndam ərazisində keçirilən ağaqəkmə aksiyasını bəyənir və aksiyanın bütün iştorakçılarına öz dərin təşəkkürümüzü bildiririk.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər