Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
Son
dövrlərdə özlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin struktur
qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək
müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir.
Bildiririk
ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə
kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən
ibarətdir.
Bu
sahədə fəaliyyətlə bağlı Nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda
vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli
sürülmür.
Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur.https://justice.gov.az/az/news/edliyye-nazirliyi-adindan-belediyyelere-saxta-zengler-edilir
Rəylər
0 Rəy