Moldova da Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 15 illiyi qeyd edilir
“Covenant of Mayors (CoM)” yerli iqlim və enerji fəaliyyəti üzrə dünyanın ən böyük təşəbbüsüdür. 2008-ci ildə Avropa İttifaqı tərəfindən başladılan bu təşəbbüs 55 ölkədən 11 mindən çox yerli və regional hakimiyyət orqanını bir araya gətirib. Onlar Aİ-nin iqlim və enerji məqsədlərini həyata keçirmək üçün könüllü öhdəlik götürüblər. Təşəbbüsün gücü onun aşağıdan-yuxarı yanaşması, çoxtərəfli əməkdaşlığı və müxtəlif yerli reallıqlara uyğunlaşma qabiliyyətidir.
Şərq Tərəfdaşlığı regionunda isə 2011-ci ildən etibarən bir
çox bələdiyyə “CoM” təşəbbüsünə qoşulub və yerli səviyyədə istixana qazı
emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması üzrə öhdəlik
götürüb. Avropa İttifaqının davamlı dəstəyi ilə CoM East iqlim və enerji məsələləri
üzrə praktiki əməkdaşlıq platformasına çevrilib, şəhərlərə Dayanıqlı Enerji və
İqlim Fəaliyyət Planlarının (SECAP) hazırlanması və həyata keçirilməsində kömək
edib və daha dayanıqlı, davamlı yerli iqtisadiyyatların formalaşmasına töhfə
verib.
Covenant of Mayors East Anniversary Conference Şərq
Qonşuluğu və Avropa İttifaqı ölkələrinin yerli hakimiyyət orqanları arasında on
beş illik tərəqqi, tərəfdaşlıq və təcrübə mübadiləsini qeyd edəcək. Tədbir
nailiyyətləri nəzərdən keçirmək, yeni çağırışları müzakirə etmək və Avropa
Yaşıl Sazişi və “Daha Güclü Şərq Tərəfdaşlığı: Bərpa, Dayanıqlılıq və
İslahatlar üçün Yeni Gündəm” çərçivəsində təşəbbüsün növbəti mərhələsinin
istiqamətlərini müəyyənləşdirmək imkanı yaradacaq.
15-ci ildönümü konfransı CoM East-in qlobal Merlər
Razılaşmasının ən inkişaf etmiş regional qollarından biri kimi təkamülünü
nümayiş etdirəcək. İllər ərzində təşəbbüs planlaşdırmadan icraya keçərək, bələdiyyələrin
iqlim və enerji məqsədlərinə çatmasına imkan verən maliyyə, texniki və idarəetmə
şərtlərinə daha çox diqqət ayırıb.
Tədbirdə təxminən 200 iştirakçının — Razılaşmanı imzalayan şəhərlərin,
milli və Aİ institutlarının, beynəlxalq maliyyə təşkilatlarının və tərəfdaş təşəbbüslərin
nümayəndələrinin iştirakı gözlənilir. Konfrans həm strateji dialoq, həm də
praktiki təcrübə mübadiləsi platforması rolunu oynayacaq və Şərq Tərəfdaşlığı
ölkələrinin dayanıqlı yerli inkişaf və iqlim neytrallığına sadiqliyini bir daha
təsdiqləyəcək.
Kişinyov şəhərində baş tutan tədbir iki əsas hissədən ibarət
olacaq:
1-ci gün — Strateji və siyasi seqment
Yerli hakimiyyət orqanlarının iqlim neytrallığına və enerji
keçidinə nail olmaqda rolu ilə bağlı yüksək səviyyəli açılış və siyasət müzakirələri
keçiriləcək. Sessiyalarda CoM East, Aİ və inteqrasiya təcrübələri, iqlim siyasətinin
hazırlanması və icrası, maliyyələşdirmə və çoxtərəfli idarəetmə məsələləri təqdim
olunacaq.
2-ci gün — Təcrübə və praktika mübadiləsi
Dayanıqlılıq və innovativ təcrübələrin inteqrasiyasına həsr
olunacaq. Sessiyalar və tanışlıq səfəri CO₂ emissiyalarının azaldılması siyasəti,
enerji səmərəliliyi, iqlimə uyğunlaşma strategiyaları və icma iştirakına görə
“Green Award” mükafatına layiq görülmüş sıfır emissiyalı kurort olan Castel
Mimi kompleksində keçiriləcək.
CoM öhdəliklərinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş
əldə etmiş bələdiyyələr uğurlu layihələrini və yanaşmalarını təqdim etməyə dəvət
olunacaqlar. İştirak seçim meyarlarına — fəallıq, innovasiya və nəticələrə əsaslanacaq.
Kontekst və Əsas İnkişaflar
Konfrans region üçün mühüm transformasiya dövründə
keçirilir:
-
2024-cü ildə CoM East şəhərləri yeni uzunmüddətli
məqsəd qəbul edib:
-
2050-ci ilə qədər istixana qazı emissiyalarını
1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 60%, yaxud 2005-ci il və sonrakı səviyyələrlə
müqayisədə ən azı 40% azaltmaq.
-
Razılaşmanı imzalayan və SECAP-ların sayı
artdıqca diqqət daha çox icra və maliyyələşməyə yönəlir.
-
Geosiyasi inkişaflar əməkdaşlıq dinamikasına təsir
göstərsə də, dialoq və inklüzivliyin vacibliyini artırır.
-
Yerli iqlim fəaliyyətinin genişləndirilməsi üçün
vətəndaş cəmiyyəti, akademiya və özəl sektorun iştirakı vacibdir.
Eyni zamanda beynəlxalq tendensiyalar da bu regional prosesləri
gücləndirir. Aİ Şərq Tərəfdaşlığı ölkələrində iqlim və dayanıqlı inkişaf gündəliyini
dəstəkləməyə davam edir. Prioritetlər arasında urban dayanıqlılıq, bərpa,
enerji müstəqilliyi və maliyyəyə çıxış yer alır. Rəqəmsal alətlər və süni
intellektin planlaşdırma və monitorinq proseslərinə inteqrasiyası bələdiyyələr
üçün yeni imkanlar yaradır.
Gözlənilən Nəticələr
-
Şərq Tərəfdaşlığı regionunda yerli iqlim və
enerji fəaliyyətinə dair siyasi və institusional öhdəliklərin gücləndirilməsi.
-
Avropa Yaşıl Sazişi və milli inkişaf prioritetlərinə
uyğun CoM East-in növbəti mərhələsi üçün ortaq baxışın formalaşdırılması.
-
Bələdiyyələr, milli hökumətlər, Aİ institutları
və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsi.
-
Şərq Tərəfdaşlığının qlobal iqlim və enerji
keçidi gündəliyinə töhfəsinin daha görünən olması.
Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 15 illiyi
münasibəti ilə keçirilən yüksək səviyyəli konfransın açılışı Modova Prezidenti Maia Sandunun giriş nitqi ilə başlayıb.
Şərq Tərəfdaşlığı regionunda CoM-un 15 ili: nəticələr və dərslər
Moderatorlar sırasında Mingəçevir bələdiyyəsinin sədri Anar
İsmayılovda var : Oleksander Senkevych
İkinici sesiya Avropada iqlim gələcəyinin formalaşdırılması:
yerli hakimiyyət orqanları 2050-yə gedən yolda mövzusuna həsr olunub.
“Çoxtərəfli idarəetmə
və maraqlı tərəflərin iştirakı” mövzusunda həsr olunan dördüncü sessiyada Şəki
bələdiyyəsinin sdər müavini Səyyarə Musayevanın çıxışı nəzərdə tutulub.
Yubiley konfransında Azərbaycanı Mingəçevir, Yevlax, Xırdalan, Quzanlı, Horadiz və Şəki bələdiyyələrinin rəsmiləri təmsil edir.
Rəylər
0 Rəy