Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-10-2025 , 11:52

1093

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xankəndi Forumu: məsuliyyət hissi və  QHT sektorunun strateji inkişaf istiqamətləri  

Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna dəvət alanda düşünmədən “hə” cavabını verdim.  Və səbrsizliklə bazar gününü gözləməyə başladım. Üç gün mənə sanki üç ilə bərabər oldu. Günlər bir-birini çox ləng əvəz etsə də, nəhayət bazar günü gəldi.

***

Yüksək səviyyədə təşkil edilən səfər başlağıc nöqtəsinə yaxınlaşırdı. Doğma  Ağdamı keçirik. Köçürülməsinə başlanılmış Xıdırlı kəndində həyat sanki qaynayırdı.  Əsgəran qala divarlarının üst tərəfindən çəkilən yeni, müasir, göz oxşayan yolu keçib, Xocalıya çatırıq. Avtobuslar sağa dönüb Ballıca kəndinə yön alır. İlk olaraq  ağacəkmə aksiyası  baş tutmalı idi. QHT sektorunun bütün rəsmiləri artıq burada idi.  

Mən də uzun illərin dostu Osman Gündüzlə birgə “Eldar şamı”nı əkib, aqrotexniki qulluq da göstərdik.

Amma fikrim Xankəndidə idi. Artıq avtobuslar bu şəhərə tərəf yan alanda xəyalım məni 1987-ci noyabr ayına apardı. Keçmiş SSRİ-nin tarixi günlərindən biri  olan Böyük Oktyabr Sosialist İnqiliabın 70-ci ili tamam olurdu. Bayram ərəfəsində isə məktəblilərin bir həftəlik payız tətili olurdu. Məndə kəndimizdə müəllim işlədiyimdən fürsətdən istifadə edib Xankəndinə gəldim.

Dəqiq yadımdadır ki, noyabrın dördü idi. Ağdam “soyustransına”  gəlib, “İkarius” avtobusu ilə yarım saata şəhərin avtovağzalına çatdım.

Şəhərdə adi payız günlərindən biri idi. Bazara dəydim,  rus ustası Saşaya verdiyim “su motonu” alıb geri avtovağzala döndüm. Bu səfərimdə üç saata yaxın şəhərdə oldum. Sanki hiss edirmiş kimi, şəhəri payi- piyada bir xeyli gəzdim. Hətta avtovağzalın yanındakı beşmərtəbədə olan  kitab mağazasından F.Dostoyevsikinin iki əsərini də aldım. Bu mənim şəhərə sonuncu səfərim idi.

Sonuncu səfərimdə şəhərdəki insanların  soyuqluğu,  üstəlik büruzə verilməsə də, amma hiss edilən “aqresiya” yaddaşımda dərin iz buraxdı. Şəhər o şəhər deyildi. İnsanları tamam dəyişmişdi, başqalaşmışdı sanki.  Üç adamdan söz soruşurdun, ancaq biri cavab verirdi. Bir tərəfdən payızın ilıq soyuğu, digər tərəfdən əhalinin o dövrdə mənim  üçün anlaşılmaz  olan bu münasibəti  diqqətimi çəkdi. Nə isə...

Artıq Xankəndidəyik. Yenə payız günlərindən biri. Şəhər bu dəfə öz  qonaqlarını ürək açıqlığı ilə qəbul edirdi. Sanki gəlişimizə sevinmişdi.  İki gün ərzində havanın günəşli olması, arada duman gəlsə də, tez bir zamanda yoxa çıxması ilə sanki  bizə şəhərin necə mükəmməl bərpa edildiyini göstərirdi.

***

Beləliklə, Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu rəsmi açılışla işə başladı. İlk dəfə idi ki, QHT Agentliyinin  Bakıdan kənarda təşkil etdiyi tədbirdə iştirak edirdim.  

Adminstrasiyanın sektor müdiri Tural Əliyevin, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygun Əliyevanın çıxışlarında ölkədə QHT- lərin strateji inkişaf istiqamətlərinə yer verilməsi, bir sıra rəqəmlərin ürəklə çəkilməsi, etiraf edim ki, vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq bizim də üzərimizə məsuliyyət yükü qoyurdu.  

Az müddət ərzində bu sektorda aparılan islahatlar göstərir ki, biz artıq daha geniş müstəvidə sözümüzü deməli, sözçülükdən real fəaliyyətə keçib ortalığa daha ciddi layihələr qoymalıyıq. Hər halda etiraf etməliyik ki,  az müddət ərzində çox iş görülüb.  Ancaq görüləsi işlərdə hələ çoxdur. Hər kəs bu forumda səslənən fikirlərdən özünə aid olanını götürdü.

Adminstrasiyanın sektor müdiri Tural Əliyev çıxışında bəzi neqativə, buraxılan səhflərə ötəri də olsa  toxunsa da, “suvenrenliyimizin bərpasından sonra ölkəmizin daha geniş şəkildə tanıdılmasında QHT sektoru da öz sözünü deməlidir”, fikri ciddi siqnal idi.  Səslənən fikirlər  həmdə QHT-lərin strateji inkişaf proqramının əsas qayəsi idi.

Beləliklə, forumun təşkilatçılarına təşəkkür etməyi özümə borc bilirəm. Ən xirda detalı belə nəzərə alan təşkilatçılar  tənqidə “yer qoymamışdılar”.

Agentlik, azsaylı kollektivi ilə, həqiqətən çox böyük iş görmüşdü. Sadəcə əhsən deyirəm.

Və sonda inanmaq istəyriəm ki,  biz -QHT təmsilçiləri  Forumda qaldırılan məsələlərə diqqətlə yanaşıb, üzərimizə düşən məsuliyyəti hiss edərək, bu sektorunun  inkişafına  öz töhfəmizi verəcəyik.   

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
143

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
153

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
127

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
348

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
188

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
354

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
553

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
352

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
654