Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-09-2025 , 09:47

1193

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu gün Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək



Bu gün  Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin pyaız sesiyasında ilk iclası keçiriləcək. Bu barədə məlumatı adıçəkilən komitədən daxil olub.

 İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional  məsələlər komitəsində görülən işlər barədə Hesabatı dinləniləcək. Habelə  Milli Məclisin Regional  məsələlər komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.

 İclasda komitə üzvləri ilə yanaşı Prezident Adminstrasiyasının, Ədliyyə Nazirliyinin, Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının sədrləri və icra katibləri, “Bələdiyyələrə onlayn xidmət mərkəzinin” rəsmiləri  və QHT təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
897

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
892