Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-03-2026 , 10:29

1095

Son xəbərlər

Bütün xəbərlər

Bu yol bələdiyyələri uğura apara bilər 

Elmi-Praktik Məsələlər
23-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bu yol bələdiyyələri uğura apara bilər 


Uzun illərdən bəri  bələdiyyə sahəsində apardığm müşahidələrdən belə qənaətə gələ bilərəm ki, ölkə bələdiyyələrinin inkişafı bir neçə məqamdan çox asılıdır. Bu məqamları təhlil etdikdə belə bir nəticəyə gələ bilərik ki, bələdiyyənin inkişafı, xüsusəndə üzləşdikləri problemlərin həllində  ilk olaraq “öz istək”lərinin olması ən vacib məqamdır. Bu barədə bir qədər sonra.

Əvvəlcə qeyd edim ki, bələdiyyə sədri məqamında  bələdiyyə-vətəndaş, bələdiyyə-icra münasibətlərini tənzimləyərsə  ilk növbədə bu qurumların  inkişafına şərait yaratmış olacaqdır. Bələdiyyə-vətəndaş  münasibətləri əsasən seçicilərlə mütəmadi olaraq qəbulların keçirilməsi, onların üzləşdiyi problemlərin dinlənilməsi və çıxış yollarının müəyyən edilməsi kimi başa düşülməlidir. Son bələdiyyə seçiklərindən sonra formalaşan bələdiyyələrdən Sumqayıt, Ağcabədi və Şabran bələdiyyələrində artıq vətəndaş qəbulları davamlı şəkildə keçirilir.  Onu da  etiraf edək ki, bələdiyyənin əlində vətəndaşın qaldırdığı problemlərin həllin ilə  bağlı elə də ciddi “rıcaqlar” hələ ki yoxdu. Ancaq bütün hallarda vətəndaşı dinləmək özü bu sahədə atılmalı olan ilk addımdır. Məhz bu addım nəticə etibarı ilə bələdiyyədə hesabatlılığın və şəffaflığın təmin edilməsinə şərait yaradır. Bununla yanaşı  bələdiyyə-icra münasibətlərinin tənzimlənməsinin mühüm əhəmiyyəti vardır.

Beləliklə, əvvəlcə bu istiqamətdə üzləşdiyim  bəzi neqativ məqamları bir daha diqqətə çatdırmaq istərdim. 

*****

Bir sıra rayon icra başçları  və RİH-lərdə çalışanlar  bələdiyyələrə özlərinin “alt qatda” olan bir qurumu kimi baxır, bu qurumların  inkişafına maraqlı görünmür, daimi bələdiyyələri təzyiq altında saxlamaqla,  onları “yükləmək” barədə düşünür, hətta bunun üçün yollar axtarırlar. Məhz elə bu səbəbdəndir ki, əksər hallarda bələdiyyənin maliyyəsi ilə həyata keçirilən layihəni öz adlarına çıxır, paylaşdıqları məlumatda bələdiyyənin adını çəkməyə belə əziyyət çəkirlər.  Hətta səyyar görüşlərdə bələdiyyənin “yükləməklə” yanaşı, seçicilər qarşısında bəzən “urvatsız” etməklə, həm də özlərində hələ də “hökm qaldığını”  nümayiş etdirmək istəyirlər.  Ən faciəli məqam birdə ondadır ki, bəzi hallarda bələdiyyənin həyata keçirdikləri layihənin icrası ilə bağlı KİV-də məlumatın paylaşılmasına qarşı çıxır və bunu şərəfli bir addım hesab edirlər. Bu işdə başçlıca rolu isə RİH-lərdə çalışan aşağıranqlı məmurlar aparır. “Başçı nə deyər”, “cənab başçı məsləhət görmədi”, “başçı deyir sədr özünü niyə reklam etməlidir” və sair bu kimi şablon fikirlər söyləməklə bələdiyyə sədrini sanki ruhdan salmış olurlar. Və ən əsası bu kimi fikirləri siyasi rəhbərin yanında ard-arda danışaraq  “qulaqlarını doldurmaqla” sədrləri hörmətdən salmaq istəyirlər. Bu məqama böyük əksəriyyət RİH-lərdə rast gəlinir. 

Bu arada maraqlı bir məqamı diqqətə çatdırmaq istərdim.  Bələdiyyə iftar süfrəsi açır, kifayət qədər qonaqlar, həmçinin RİH başçısı və komandası iştirak edir, amma paylaşılan məlumatda bələdiyyənin adı belə yazılmır. Məni təəcübləndirən odur ki, o məlumatı hazırlayan RİH rəsmisi də bələdiyyənin iftar sürfəsində oturub “öynə”sini yola verir, ancaq məlumatda bələdiyyənin adını yazmağa əli gəlmir. Adama deyərlər ay məmur, heç olmasa yediyin çörəyin haqqını məlumatda bələdiyyənin adını yazmaqla qaytar də. Ayib deyilmi.  Xatırladım ki, RİH-lərdə aparılan islahatlar nəticəsində ixtisara düşən belə məmurların bir çoxunun məhz bələdiyyədə işlə təmin olunublar.  İndi bu kimi məmurlar bələdiyyədən hansı üzlə əməkhaqqını alacaqlar, çox maraqlıdır. Bələdiyyə tərəfindən atılan bu addım isə əsil humanizm prinsiplərinə söykənir. Nə isə...


*****

Xöşbəxtlikdən, tədricən bələdiyyəni qəbul edən, onunla bir qurum olaraq hesablaşan, daimi bələdiyyənin inkişafına dəstək olan  RİH-lərdə var. Və bu RİH-lərin sayı çətin də olsa artmaqdadır.  Mən bununla bağlı bəzi pozitiv  məqamları da oxucularımla bölüşmək istərdim.

Bu gün Bakının Səbail, Nərimanov, Yasamal, Xətai, Sabunçu, Gəncənin Kəpəz və Nizami,  Sumqayıt şəhərində, habelə Salyan və Masallı rayonlarında formalaşan bələdiyyələrin əldə etdikləri uğurların kökündə bələdiyyə-icra münasibətlərinin düzgün istiqamətdə qurulması dayanır. Son aylarda, paytaxtın Binəqədi, Nizami, Suraxanı və Nəsimi rayonlarında bələdiyyə-icra münasibətlərinin müsbət yöndə inkişafı yaxın gələcəkdə bu rayonlarında  adının siyahıya düşəcəyindən xəbər verir.

Sumqayıt bələdiyyəsinin illik hesabat yığıncağında icra başçısı Zakir Fərəcovun  şəhərdə formalaşan bələdiyyələr haqqında, xüsusəndə şəhər bələdiyyəsinin sədri Adil Xudadatovun haqqında söylədikləri xoş sözlər, bələdiyyələrin formalaşdığı gündən bəri bu qurumun  fəaliyyətinin praktik şəkildə  təhlil etməsi yığıncaq iştirakçılarının hər birində xoş ovqat yaratmış oldu. Bu gün icra başçısının tövsiyəsinə uyğun şəhərin “Yaşıl dərə” massivində irimiqyaslı layihənin bələdiyyə tərəfindən icra edilməsi həm də bələdiyyəyə göstərilən diqqət hesab etmək olar.

Gəncə Şəhər İcra Hakimiyyətində bələdiyyə sədrinin yubileyi keçirilirsə və bu barədə məlumat şəhər icra hakimiyyətinin internet resursunda yayılırsa, demək şəhərdə bələdiyyə-icra münasibətləri düzgün istiqamətə köklənib.

Bu gün Bakının Səbail, Nərimanov , Yasamal, Xətai və Sabunçu, habelə Masallı və Salyan   rayonlarında formalaşan bələdiyyələrin əldə etdikləri uğurlarda bu rayonların icra hakimiyyəti başçılarının rolu böyükdür.  Deyərdim ki, bu uğurun kökündə siyasi rəhbərlərin birbaşa “vasitəçisiz” sədrlərlə işləməsi dayanır.  Məhz  bu əməkdaşlığın nəticəsidir ki, adları çəkilən rayon və şəhərlərdə formalaşan bələdiyyələrin həm büdcə gəlirləri, həm də ərazilərində çəki və nüfuzu artıb. Ən diqqəti çəkən məqam ondadır bu siyasi rəhbərlərin hər biri bələdiyyəni bir tərəf kimi görərək  bu qurumların inkişafına maraqlıdır. Çünki bələdiyyənin büdcə gəlirləri artdıqca rayonda həyata keçirilən layihələrin həcmi də artır. Və bu da nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini vermiş olur. Əslində hər bir siyasi rəhbər bələdiyyənin inkişafına maraqlı olmalı və bunun üçün bu qurumların üzlədiklərin problemin həllinə öz dəstəyini göstərməlidirlər. Bu gün əgər bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı RİH-dən verilən rəylərə icra başçısı tərəfindən  “veto” qoyulursa, habelə bələdiyyənin üzləşdiyi hansısa bir problemin həllinə çalışmırsa, üstəlik ayrılan dotasiyaya göz dikilirsə, bələdiyyələrin əmlakla bağlı üzləşdikləri problemlərin həllinə dəstək göstərilmirsə, əksinə bələdiyyəyə hansısa layihənin icrası tələb edilirsə demək münasibətlər yerində deyil və həmin rayon bələdiyyələrindən inkişafı gözləmək mənasızlıqdır.

Əlavə edim ki, bu gün bələdiyyənin Əmlak Məsələləri Dövlət Xidməti ilə qarşılqlı münasibətləri az qala sıfır həddinə düşübş. Müvafiq qurumlar, xüsusəndə Adminsitasiyanın müvafiq sektoru, habelə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” mərkəzi bu münasibətlərin tənzimlənməsi ilə bağlı ciddi addımlar atır. Ancaq məsələ ondadır ki, bələdiyyələrdə bu istiqamətdə mövcud problemləri ictimalişədirməyə çalışmalı, müvafiq qurumlara müraciət etməkdən yorulmamalıdırlar. Yəni fikir birliyini bütün istiqamətlərdə ,həm də sosial media platformalarında göstərməyi bacarmalıdırlar.  Və bu işdə yerli icra hakimiyyəti orqanları da öz sözünü deməli və bələdiyyələrə dəstəyini əsirgəməməlidirlər.

Güman edirəm, Baş nazir tərəfindən bələdiyyələrin maliyyə resurslarının artmasına imkan yaradan sonuncü qərarın icrasından sonra atılacaq növbəti  addım bələdiyyələrin vergi və rüsumlarının tariflərinə baxılması olacaqdır. Bununla yanaşı bələdiyyələr özləri əmlakla bağlı məsələlərin həllini gündəmə gətirməklə problemin həllini sürətlədirməlidirlər. Etiraf edim ki, bələdiyyələr sadalanan problemlərin tezliklə həllinə çox ümidlidirlər.

*****

Yuxarıda qeyd etdiyim bir fikrə yenidən qayıdıram: bələdiyyənin inkişafı, xüsusəndə üzləşdikləri problemlərin həllində “öz istək”lərinin olması ən vacib məqamdır. Bu isə o deməkdir ki, sədr, kollegial orqanın rəhbəri olaraq, bütün qüvvəsini  əlaqələrin qurulmasına yönəltməli,  sədrlərin bütün addımları  məhz bələdiyyənin inkişafı naminə atılmalı, digər qurumların da fəaliyyətini bu səmtə yönəltməyə çalışmalıdırlar. Yalnız bu halda bələdiyyə uğura, irəliləyişə nail ola bilər.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz