Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2024 , 18:12

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri vətəndaş qəbulu keçirib

  Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə növbəti səyyar görüş Əbdülvahab Salamzadə küçəsi 7 ünvanda  keçirilmiş,sakinlərin istək və arzuları dinlənmişdir. Sakinlər adından çıxış edən bələdiyyənin məhəllə komitəsinin sədri  Şahin Quliyev    uşaqlar üçün yelləncəklərin,sürüşkənlərin quraşdırılmasını və sakinlərin asudə vaxtlarını keçirmək üçün 2 ədəd söhbətgahın quraşdırılmasını  xahiş etdi. Görüşdə sakinlər rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlıqlarını bildirmişlər. Sonda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

 Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.

Yasamal Bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər